Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyəli yazarlar Sumqayıtda - FOTOLAR

Tarix: 12-02-2018 18:40     Baxış: 2389 A- / A+
Türkiyəli yazarlar Sumqayıtda

Manevr.az-ın verdiyi xəbərə görə, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın dəvəti ilə Azərbaycanda səfərdə olan Türk Ədəbiyyatı Vəqfi nümayəndə heyətinin iştirakı ilə Sumqayıt Poeziya Evində tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirin açılışını Poeziya Evinin direktoru İbrahim İlyaslı edib. O ilk olaraq qonaqları salamlayıb və Türk ədəbiyyatından, əsrlərə dayanan Türk-Azərbaycan dostluğundan bəhs edib. Bildirib ki, tədbirin keçirilməsində iki əsas məqsəd var: Türkiyədə yaşayan ədiblərlə Azərbaycanda yaşayan ədiblərin tanış olması və Türk Ədəbiyyatı Vəqfinin başqanı şair-ədəbiyyatşünas, naşir Serhat Kabaklının “Bil oğlum” adlı şeirlər kitabının təqdim edilməsi. Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Serhat Kabaklı, vəqfin idarəetmə heyətinin üzvləri Mehmet Atalay, Ömər Balıbəy, prof.dr. Ramazan Korkmaz, yazıçı-tərcüməçi İmdat Avşar, sənətçi Əsəd Kabaklı, Türkiyə Böyükelçiliyinin Mədəniyyət və Tanıtım müşaviri İrfan Ciftci, yazıçı Bəxtiyar Aslan ilə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əli Nəcəfxanlı, Aidə Eyvazlı, Eyruz Məmmədov, Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Varis, Rafiq Oday, Ofelya Babayeva, Çiçək Mahmudqızı, Xatirə Fərəcli, Günel Eyvazlı, Adilə Nəzər, və s. kimi tanınmış şəxslər də iştirak ediblər. Daha sonra bu simaların böyük qismi çıxış edərək şeirlər səsləndirib, qiymətli fikirlər söyləyiblər. Tədbirdə aşıq Elməddin və aşıq Elçin sazın müşayiəti ilə şeirlər ifa ediblər. Həmçinin Serhat Kabaklının tanınmış şair, Prezident təqaüdçüsü , Azərbaycan Yazıçılar Birliyinin üzvü və Poeziya Evinin direktoru İbrahim İlyaslı tərəfindən tərcümə edilən “Bil oğlum” adlı kitabı qonaqlara təqdim olunub. Türkiyəli qonaqlarla yanaşı, çıxış edərək və tədbirə öz tövhələrini verərək dəstək olan şəxslər də “Təşəkkürnamə” ilə təltif ediliblər.

Qeyd edək ki, tədbir ilk olaraq fevral ayının 10-u Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, daha sonra millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin xətti ilə Rəşid Behbudov adına Mahnı Teatrda keçirilmişdi.

Türkiyəli yazarlar Sumqayıtda
Türkiyəli yazarlar Sumqayıtda
Türkiyəli yazarlar Sumqayıtda
Türkiyəli yazarlar Sumqayıtda
Türkiyəli yazarlar Sumqayıtda
Türkiyəli yazarlar Sumqayıtda
Türkiyəli yazarlar Sumqayıtda

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar