Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gənclər günü bir sıra mədəniyyət müəssisələrində qeyd olunub -FOTOLAR

Tarix: 03-02-2018 14:54     Baxış: 3719 A- / A+
Gənclər günü bir sıra mədəniyyət müəssisələrində qeyd olunub


Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkzində Şəhər Mədəniyyət Evi və Abşeron rayon Novxanı Sənətkarlıq Evi ilə birgə konsert keçirilib. Konsertdə gənc müğənnilər İlkin Əlizadə, Sevda Akkaya, Kamil Ağazadə, Zaur Yusifli, Aqil Heydərli, Elvin Qasımovun ifasında Azərbaycan xalq və bəstəkar mahnıları, “Şəms” instrumental ansamblının ifasında musiqi nömrələri maraqla dinlənilib. Eləcə də, Şəhər Mədəniyyət Evinin “NİCE” və Novxanı Sənətkarlıq Evinin “Odlar yurdu” rəqs qruplarının ifasında Azərbaycan, Hind və Avropa rəqsləri alqışlarla qarşılanıb. Tədbirdə həmçinin Şəhər Mədəniyyət Evində və Novxanı Sənətkarlıq Evinidə fəliyyət göstərən rəsm dərnəyi üzvləri: Gülşən Ramazanova, Lalə Tapdıqova, Dildar Hüseynovanın əl işləri nümayiş olunub.

F.Əmirov adına Uşaq musiqi məktəbində
keçirilən tədbirdə Şöhrət Qocayevin ifasında “Misri”havası (saz), vıı sinif şagirdi Ayan Ağazadənin ifasında Tofiq Quliyevin ”Vals” (fortepiano), Qönçə Kazımovanın ifasında “ Mahur” təsnifi və məktəbin kiçik xor kollektivinin çıxışları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

S.Vurğun adına Mərkəzi kitabxana və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər evində
“Kitabın gənclərin həyatındakı rolu” mövzusunda diskusiya keçirilib. Tədbirdə tədbirin mahiyyəti haqqında geniş və ətraflı məlumat verilib. Sonra “Kitabın gənclərin həyatında rolu” mövzusunda müzakirə aparılıb. Kitabxana tədbirlərində fəal iştirakina, fasiləsiz oxu və mütaliə qabiliyyətinə görə fəal oxucular: Şəbnəm Rəhimova, Elvin Məmmədli, Surət Kəbirov, Günel Zeynallı təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar. Sonda “Oxumaq mədəniyyəti” mövzusunda videoçarx izlənilib.

Şuşa rayon Mədəniyyət Mərkəzi və Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində
də Gənclər günü qeyd olunub.

Gənclər günü bir sıra mədəniyyət müəssisələrində qeyd olunub
Gənclər günü bir sıra mədəniyyət müəssisələrində qeyd olunub
Gənclər günü bir sıra mədəniyyət müəssisələrində qeyd olunub
Gənclər günü bir sıra mədəniyyət müəssisələrində qeyd olunub
Gənclər günü bir sıra mədəniyyət müəssisələrində qeyd olunub
Gənclər günü bir sıra mədəniyyət müəssisələrində qeyd olunub
Gənclər günü bir sıra mədəniyyət müəssisələrində qeyd olunub
Gənclər günü bir sıra mədəniyyət müəssisələrində qeyd olunub
Gənclər günü bir sıra mədəniyyət müəssisələrində qeyd olunub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar