Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

FHN-nin əməkdaşları uşaq incəsənət məktəbində tədbir keçirib -Fotolar

Tarix: 25-01-2018 14:30     Baxış: 3361 A- / A+
 FHN-nin əməkdaşları uşaq incəsənət məktəbində  tədbir keçirib


Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Fövqaladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirilib.

Tədbirdə FHN Sumqayıt Regional Mərkəzin əməkdaşları Emin Ramazanov, Samir Məmmədov, Qorxmaz Həsənov, Şahin Məmmədov “Zəlzələ zamanı necə davranmalı”, “Odsöndürən balonlardan istifadə”, “Məişətdə yanğın zamanı davranış qaydaları” və s. haqqında geniş məlumat veriblər.

Daha sonra mövzularla əlaqədar videoçarx nümayiş olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılıb.

Sonda Bülbül adına uşaq incəsənət məktəbinin direktoru Lətafət Müfidzadə çıxış edərək FHN Sumqayıt Regional Mərkəzin təhsil ocaqlarında maarifləndirmə məqsədilə mütəmadi olaraq keçirdiyi tədbirləri yüksək qiymətləndirib, FHN əməkdaşlarına təşəkkür edib.

 FHN-nin əməkdaşları uşaq incəsənət məktəbində  tədbir keçirib
 FHN-nin əməkdaşları uşaq incəsənət məktəbində  tədbir keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar