Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı deputat ürəyindən 9 saat əməliyyat olundu

Tarix: 22-01-2018 14:47     Baxış: 3355 A- / A+
Azərbaycanlı deputat ürəyindən 9 saat əməliyyat olundu
"Deputat Nəriman Əliyevin hazırda vəziyyəti qənaətbəxşdir, huşu yerindədir, danışa bilir".
Bunu N.Əliyevi əməliyyat edən Milli Məclisin deputatı, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib.
O bildirib ki, N.Əliyevin əməliyyatı çox çətin şəraitdə keçib: "Ölkə səhiyyəsi və həkimlik üçün çox çətin yollardan keçdik. Nəriman Əliyevdə olan xəstəlik və onun göstərmiş olduğu formalar bütün orqanların-qaraciyər, böyrək, ağciyər, beyin və ürəyin funksiyasında ciddi problemlər yaratmışdı. Uzun müddət süni tənəffüs aparatında aparılan müalicələr nəticəsində onun bütün orqanlarındakı funksiyalar qənaətbəxş hala gətirilib".
Həkim vurğulayıb ki, yanvar ayının 10-da saat 18:00-da başlayan əməliyyat, ayın 11-də gecə saat 03:00-da başa çatıb: "Bu dünyada ən ağır əməliyyatlardan biridir. Əməliyyat rəhbərliyim ilə yerli komandamız tərəfindən həyata keçirilib. Dünya statistikasına görə, Avropada belə xəstələrin 95 faizi əməliyyatdan 24 saat sonra həyatını itirir. Ağır əməliyyat olduğuna görə, Almaniyanın Munhen Kardiologiya İnstitutu və Türkiyənin Acıbadəm xəstəxanasının bütün ekspertləri tərəfindən konsultasiyalar olundu. Ortaq müzakirələrdən sonra müalicələrimiz davam etdi. Əməliyyatdan sonra ürəyin funksiyları bərpa olundu. Sonra digər orqanların bərpası üçün böyük bir şans yarandı".

R.Mahmudov qeyd edib ki, hazırda N.Əliyev oyanıb və bütün orqanları normal şəkildə funksiyasını yerinə yetirir: "Danışır və huşu yerindədir. Onun palataya nə zaman köçürüləcəyini deyə bilmərəm. Düşünürəm, 1 aylıq reabiltasiyadan sonra Nəriman Əliyev iş fəaliyyətinə başlayacaq".

Qeyd edək ki, yanvarın 10-da 70 saylı Masallı şəhər seçki dairəsinin deputatı, 50 yaşlı Nəriman Əliyev Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib, əməliyyat olunub.sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar