Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda 20 Yanvar şəhidləri anılıb -FOTOLAR

Tarix: 18-01-2018 21:17     Baxış: 31 201 A- / A+
Sumqayıtda 20 Yanvar şəhidləri anılıb


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şəhidlər – Vətənin qələbə rəmzi” adlı tədbir keçirilib. Şəhidlər xiyabanında baş tutan tədbirdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AYB üzvü Hafiz İmamnəzərli, Əməkdar İncəsənət Xadimi, rəssam Vaqif Nəzirov çıxış edərək tariximizə qanla yazılmış 20 yanvar faciəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar. Sonra S.Sarvan adına uşaq poeziya klubunun üzvləri – İlahə, Xoşqədəm Bağıyevalar, Ayan Ağayeva, Zəhra Bəşirli, İsmayıl Hüseynov, Lətifə Mahmudova, Ərtoğrul Salıflının ifasında səslənən şeirlər və kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda S.Sarvan adına Uşaq Poeziya Klubu üzvlərinin tərtib etdiyi qətnaməni Rəsul Bəhmənli oxuyub və sülh rəmzi olan göyərçinlər havaya buraxılıb.

Nizami Gəncəvi adına Kitabxana Klubda “Qanlı şənbəyə gedən yol” başlıqlı portret günü keçirilib. Tədbirdə oxuculara faciə haqqında geniş məlumat verilib, videoçarx və ədəbiyyat sərgisi nümayiş olunub. Sonra kitabxananın fəal oxucuları 20 Yanvarda şəhid olmuş Larisa Məmmədova,Vera Bessantina, İlqar İbrahimovun foto şəkillərini tutaraq onlar haqqında məlumat verib, faciəyə həsr olunmuş şeir nümunələri söyləyiblər. Daha sonra tədbir iştirakçıları Kitabxana Klubun nəzdində fəaliyyət göstərən “Rəsm” dərnəyiin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonda tədbir iştirakçıları Şəhidlər Xiyababını ziyarət ediblər.

Sumqayıtın Tarixi Muzeyinin “Şəhidlər qalereyası” zalında “Bakı, 20 Yanvar, 1990” adlı sərgi tərtib edilib. Sərgidə muzeyin fondlarında mühafizə olunan XX əsrin 90-ci ilində baş vermiş ən dəhşətli faciəsinin fotoşəkilləri, qəzet materialları, sənədlər, fotoalbomlarla yanaşı, sumqayıtlı rəssamlar M.Cəfərov və N.Dadaşovun təsviri incəsənət əsərləri də yer alıb.

Şəhər Mədəniyyət Evində keçirilən tədbirdə gənc müqənillər: İlkin Əlizadənin ifasında "Cənab Leytnant", Ədalət Daqlının ifasında "Şəhidlər", Zaur Yusiflinin ifasında isə "Heydər Xalqım deyecək" mahnıları dinlənilib, mədəniyyət evinin rəssamlıq kursunun şaqirdlərinn rəsmlərindən ibarət sərqi, o cümlədən, S.Vurğun adına Mərkəzi Kitabxananın fondunda əks olunan ədəbiyyatlardan ibarət sərgi təşkil edilib.

“Dostluq” mədəniyyət evində də 20 yanvar şəhidləri anılıb. Tədbirdə şəhidlərə həsr olunmuş şeirlər söylənilib, musiqi nömrələri ifa edilib. Şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

F.Əmirov adına Uşaq Musiqi məktəbində keçirilən tədbirdə məktəbin şagirdləri Leyli Əliyeva, Bəhlul Nağdıyevin ifalarında şerləri, xor kollektivinin çıxışı,balabanda Naib Zəkiyevin ifası səslənib.

Zəngilan rayon kənd klubunda məktəblilərin iştirakı ilə rəsm sərgisi keçirilib, Tarix Diyarşünaslıq Muzeyində filim nümayiş etdirilib. Rayon mərkəzi kitabxanasında “Qanlı yanvar” adlı tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru Məhruzə Cəfərova və qonaqlar çıxış edərək 20 yanvar faciəsinin səbəbləri və nəticələri haqqında ətraflı məlumat veriblər. Sonra tədbir iştirakçıları kitabxanada tərtib olunan “Qanlı 20 yanvar” adlı sərgi ilə yaxından tanış olublar.

Sumqayıtda 20 Yanvar şəhidləri anılıb
Sumqayıtda 20 Yanvar şəhidləri anılıb
Sumqayıtda 20 Yanvar şəhidləri anılıb
Sumqayıtda 20 Yanvar şəhidləri anılıb
Sumqayıtda 20 Yanvar şəhidləri anılıb
Sumqayıtda 20 Yanvar şəhidləri anılıb
Sumqayıtda 20 Yanvar şəhidləri anılıb
Sumqayıtda 20 Yanvar şəhidləri anılıb
Sumqayıtda 20 Yanvar şəhidləri anılıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar