Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Barəmdə böhtan yazı sifariş edəni ifşa edəcəm - Vüqar Qədirov

Tarix: 15-01-2018 14:13     Baxış: 1791 A- / A+
Barəmdə böhtan yazı sifariş edəni ifşa edəcəm


“Yalan ayaq tutar, amma yeriməz. İctimai fəaliyyətim və şəxs olaraq özüm göz qabağındayam. Barəmdə böhtan yazanlar heç olmasa məhkəməyə gələndə əsaslı faktlarla gəlsinlər”.
Bunu barəsində yazılan yalanlara açıqlamasında Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində rəis müavini Vüqar Qədirov bildirib. Qeyd edib ki, əldə etdiyi hər hansı bir məlumatı araşdırmadan yayan jurnalist birinci növbədə özünə hörmətsizlik etmiş olur:

“Mən təəssüf edirəm ki, hələ də başqalarının fəaliyyətinə ləkə yaxmaq istəyən kimlərinsə çirkin maraqlarına xidmət edən jurnalistlərimiz də var. Cənab Prezident İlham Əliyev daim media nümayəndələrinin sosial durumunun yaxşılaşması yönündə işlərin görülməsinə önəm verir. Elə iki dəfə media əhlinin mənzillə təmin edilməsi, jurnalistlər üçün növbəti binanın tikilməsi qərarı buna bariz nümunədir. Amma buna baxmayaraq bəzi jurnalistlər hələ də səhv yoldadılar.
Mən barəmdə öhtan yazılara yer verən həmin saytı məhkəməyə verirəm. Həmin məhkəmədə doğrular ortaya çıxacaq. O məqaləni sifariş verən şəxs də çox güman ki, həmin məhkəmədə ifşa olunacaq”.

Manevr.az-ın verdiyi xəbərə görə, “Baku Press Milli İnformasiya Agentliyi” adlı saytda dərc edilən məqalə ilə bağlı Vüqar Qədirovun məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət olunacağı bildirilir ki, buna da səbəb tanınmış ictimai-siyasi fəal, hazırda isə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində rəis müavini işləyən Vüqar Qədirov barəsində dərc edilən məqalədir. Həmin dövlət qurumunun kollektivi adından redaksiyaya göndərilən müraciətdə bildirilir ki, məlum məqalədə Vüqar Qədirovla yanaşı, bütün kollektiv təhqir olunub. Orada çalışan xanımların ünvanına böhtan fikirlər yer alıb.

Kollektiv adından göndərilən həmin müraciəti olduğu kimi təqdim edirik:

“2017-ci ilin yanvar ayından etibarən Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinə Qədirov Vüqar Kərim oğlu rəis müavini təyin edilmişdir.
Vüqar Qədirov işlədiyi 1 il müddətində regional idarənin əhatə etdiyi bütün müəssisələrin: uşaq musiqi məktəblərinin, mədəniyyət evləri və klubların, muzeylərin, mərkəzi kitabxana sistemlərinin və s. kollektivlərinin dərin hörmətini qazanmış, yüksək intellektual səviyyəsi, işgüzarlığı, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, etik davranışları ilə digər şəxslərə nümunə olmuşdur.
Təəssüflə qeyd etmək istərdik ki, “Baku Press Milli İnformasiya Agentliyi”ndə 10 yanvar 2018-ci il tarixdə “Agcəbədi Mədəniyyət mərkəzinin rəhbərliyinin mədəniyyətsiz işləri-İTTİHAM” sərlövhəli yazı yerləşdirilmiş, həmin yazıda İdarənin rəis müavini Qədirov Vüqar Kərim oğlunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən böhtan dolu saxta məlumatlar yerləşdirilmişdir.
Həmin saxta yazıda guya Vüqar Qədirovun idarədə “at oynatdığı”, “Bakıda otura-otura idarənin işçilərinə qan uddurduğu”, “idarə və müəssisələrdən rüşvət aldığı”, “dövlətin büdcəsini taladığı”, “idarənin tabeçiliyində işləyən qadınlara əxlaqsız təkliflər etdiyi” və s. qeyd edilmişdir. Başdan ayağa çirkin böhtan və ittihamlarla insan ləyaqətini alçaldan bu yazını təkcə Vüqar Qədirovun şəxsinə deyil, bütünlükdə regional idarənin tabeçiliyində fəaliyyət göstərən müəssisələrdə işləyən ləyaqətli insanlara, şəxslərə, xanımlara təhqir kimi qəbul edirik.
Məlumat üçün bir daha bildiririk ki, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına sadiq, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı prinsipial siyasəti dəstəkləyən Vüqar Qədirovun namusu, əxlaqı, ləyaqəti, yüksək intellekti, qabiliyyəti, onu deməyə əsas verir ki, onu gözü götürməyən insanlar tərəfindən sifarişlə yazılan bu yazı həqiqəti əks etdirmir və böhtan xarakteri daşıyır.
Qeyd etmək istərdik ki, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi rayonlardan ikisinin: Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 78 məcburi köçkün mədəniyyət müəssisələri fəaliyyət göstərir ki, onların da fəaliyyətinin əlaqələndirilməsini rəis müavini kimi Vüqar Qədirov həyata keçirir.
Biz aşağıda imza edən mədəniyyət müəssisələrinin rəhbərləri Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin, əhatə etdiyi rayonların, müəssisələrin dəqiq adını bilməyən, rəis müavininin səlahiyyətlərinə aid olmayan məsələlərdə ağır ittihamlar bildirməklə böhtan atan, özünü milli mətbuat nümayəndələri kimi təqdim edən, reketçiliklə məşğul olan, jurnalist adına ləkə gətirən şəxslərin yoxlanılmadan, sifarişlə yazdıqları cızma-qaraların qarşısının alınması və cəzalandırılması üçün hüquqi tədbirlərin görülməsini tələb edirik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar