Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Qız yükü” -ÖVLADI BİZ SEÇMİRİK (tamaşadan epizodlar)

Tarix: 24-12-2017 12:12     Baxış: 23 251 A- / A+
“Qız yükü” -ÖVLADI  BİZ SEÇMİRİK

Bu gün Azərbaycan ailələrində artıq bəlaya çevrilmiş bir məsələ - oğlan uşaqlarının qız uşağından üstün tutulması və qızların dünyaya gəlməsinin qarşısının alınması hər bir düşünən beyni- ziyalını narahat edir. Dövlət Pantomima Teatrı da bu məsələyə biganə qalmayaraq “Qızı yükü”nü yeniyetmə və gənc tamaşaçılarına təqdim etdi ki, onlar da gələcəkdə valideyn olanda belə səhvlərə yol verib, qəddar addımlar atmasınlar.
Nəzərə alsaq ki, tamaşanın rejissoru teatrın bəddi rəhbəri xalq artisti Bəxtiyar Xanızadədir, o zaman həmin tamaşada çox mühüm məqamların ustalıqla göstərildiyiniə heç şübhəmiz olmaz: - Oğlu olmadığına görə hər kəs tərəfindən tənə yeyən Qasımın vicdanı görünür ki, kənd camaatının sözündən daha təmiz imiş. Bəzən valideynlərin övladlar üzərində amansız qərarları onların taleyini məhv edir. Ancaq diqqət edək ki, tamaşanın sonunda ananın yaşlanmasından şikayət etməyi bəhanədir. O artıq öz səhvini anlamışdır. Evdə sevilməyən bacıları bu ədalətsizlik qətiyyən ruhdan salmır və gələcəyə doğru addımlamaqda fikir yaradır. Ancaq o demək deyil ki, uşaqlar uğurlu gələcək qursunlar deyə valideynlər bu cür qəddar olmalıdır..
“Qız yükü” -ÖVLADI  BİZ SEÇMİRİK

Bu gün cəmiyyət (fərd olaraq ) öz eyiblərinə kordur. Sözügedən tamaşada da asanlıqla bunu görmək olur: -Heç kəs öz uşaqlarının tərbiyəsi ilə məşğul olmur, hamı Qasımın qızlarından danışır. Halbu ki, onun evində gələcəyin iki mütəxəsisi yetişir. Təhsillə bağlı yaşadığımız problemləri nəzərə alsaq, bu səhnələrin belə ustalıqla işlənməsində rejissora bir “təşəkkür məktubu”da yazmaq olar. Qasımın həyat yoldaşının tənələrə dözməyi də Azərbaycan qadının cəfakeş olmağına işarədir. Qadının evdən getmək istəyi sizi əsas mövzudan azdırmasın. O “gedişin adı” qürur idi. Qadın bezdiyindən deyil, Qasımın oğlu olsun deyə getmək fikrində idi. Ancaq qızların oxumaq- təhsil almaq qərarı, görünür, evdə çox şeyi dəyişir. Qasımın özünü öldürmək fikri, anasının qarğışları, kəndin söz-söhbəti dayanmaq üzrə idi. Ancaq yenədə qulağı səsdə olanlar da az deyildi. Qızların təhsil alıb kəndə qayıtmaq səhnəsinə diqqət edək: -Ana sevinclidir və zəhmətkeş qızlarının gəlişini gözləyir. İllərin necə tez keçdiyini Qasıma deyir. Ancaq evin kişisi Qasım bu illərin heç də asan keçmədiyini deyir. Əlbttə ki, haqlıdır. Kənddən şəhərə oxumağa gedən iki qız üçün ata narahat olmalıdır. Burda Azərbaycan kişisinin mental dəyərlərdən qopmadığı və ailələrdə ataların məsuliyyətli olmağına işarədir. Hazırda cəmiyyət bir məqamı qəbul etmir: -Məsələ qız və ya oğlan böyütməkdə deyil, vacib olan cəmiyyətə xeyirli insan yetişdirməkdir. Onun üçün cinsiyyət yox, mənəviyyat üstün tutulmalıdır. Tamaşada deyildiyi kimi: “Övladı biz seçmirik Allah verir”

Əntiqə Səməndər
Manevr.az

“Qız yükü” -ÖVLADI  BİZ SEÇMİRİK

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar