Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Məleykə Əsədova məhkəməyə verildi - 300 minlik təzminat

Tarix: 12-12-2017 16:19     Baxış: 4407 A- / A+
Məleykə Əsədova məhkəməyə verildi - 300 minlik təzminat4
Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı məhkəməyə verib. O, aktrisadan 300 min manat təzminat tələb edir.

Manevr.az xəbər verir ki, bu barədə azvision.az-a M.Əsədovanın vəkili Tağı Hüseynov məlumat verib. Vəkil bildirib ki, tərəflər razılığa gəlmək istəmir və məhkəmə proses davam edəcək.
“Ramiz Məlikin niyə belə reaksiya verdiyini başa düşə bilmirik. Məhkəməyə iddia ərizəsi verib ki, Məleykə xanım onun evinə zəng edərək, həyat yoldaşını hədələyib. Amma əslində, elə olmayıb. Məleykə xanım telefonda deyib ki, Ramiz bəyə ayıb olsun, qeyrətini çəkmək onun işi deyil. Gedişat göstərir ki, tərəflərin bir-birilərinə güzəştə getmək fikri yoxdur. Məleykə xanım nə etdiyini bilir. Amma Ramiz bəyin cavabları anlaşılmazdır. O, birinci məhkəmə görüşündə dedi ki, aktrisaya heç nə deməyib. Əgər heç nə deməmisənsə, niyə üzr istəyirsən?! Əlimizdə saytlardan götürdüyümüz materiallar var. "Fahişə" sözü heç nədir? Dediyini boynundan atır.

Məhkəmə zamanı mən ona dedim ki, ağsaqqal adamsan, növbəti iclasa qədər Məleykə xanımla danış, bildir ki, səhv etmisən. Onu yola gətirməyə çalışdım. Cavab verdi ki, mətbuat vasitəsilə üzr istəmişəm, artıq heç nə edə bilmərəm. Ramiz bəy məhkəməyə müraciət etməkə Məleykə xanıma təzyiq göstərmək istəyir", - deyə Tağı Hüseynov bildirib.

Vəkilin sözlərinə görə, M.Əsədova R.Məliki bağışlamaq fikrində deyil. Növbəti məhkəmə dekabr ayının 19-a təyin edilib: "Böhtan və təhqirlə bağlı məhkəməyə ayrıca müraciət olunacaq. Cinayət Məcəlləsində böhtanla bağlı 147-ci maddə, təhqirlə bağlı isə 148-ci maddə var. Bu maddələri əsas götürərək məhkəməyə müraciət olunacaq. Ramiz Məlik artıq dövlət tərəfindən də cəzalandırılacaq”.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib. Bundan qəzəblənən aktrisa Ramiz Məliki məhkəməyə verib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar