Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində QİÇS-ə qarşı mübarizə adlı tədbir keçirilib -FOTOLAR

Tarix: 01-12-2017 22:40     Baxış: 51 028 A- / A+
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində QİÇS-ə qarşı mübarizə adlı tədbir keçirilib


1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə bu gün Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində Ağcabədi rayon MKS-in tabeliyində olan Aran kənd kitabxana filialında "QİÇS-ə qarşı mübarizə " başlığı altında tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmasına dəstək olmaq və əhalinin maarifləndirilməsi idi.Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri N.Quliyeva bildirmişdir ki, bu günün qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. Dünya Səhiyyə Təşkilatına (DST) üzv olan ölkələr tərəfindən 1988-ci ildə Ümumdünya QİÇS-lə Mübarizə Günü təsis edilib.
H.Hacıyev adına Aran kənd xəstəxanasının baş tibb bacısı Atlaz Əliyeva tədbir iştirakçılarına məlumat üçün bildirmişdir ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan xəstəlik insanların HİV virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür. Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Hazırda Azərbaycanda virus yayılma surətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da təhlükə davam edir. 2011-cu ilin 9 ayı ərzində Azərbaycanda HİV-ə yoluxma 412 nəfər təşkil edib. Onlardan 403-ü Azərbaycan vətəndaşı, 9 nəfəri isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 403 Azərbaycan vətəndaşından 296-ı kişi, 107-i qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən insanların sayı 160 nəfər olub. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2011-ci ilin ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 3135 nəfər rəsmi qeydiyyata götürülüb. Hazırda Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, bu virusun daşıyıcıları 2006-cı ildən ölkədə tətbiq edilən antiretrovirus terapiyaya cəlb olunublar. Hazırda onların sayı 821 nəfər təşkil edir.
Kənd məktəbinin müəlliməsi Xəzəngül Qədimalıyeva da gəncləri bu zərərli xəstəliklərdən uzaq olmaları üçün öz tövsiyələrini bildirdi. İştirakçılar, əsasən də gənclər tədbirdən çox razı qaldılar və tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirdilər.

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində QİÇS-ə qarşı mübarizə adlı tədbir keçirilib
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində QİÇS-ə qarşı mübarizə adlı tədbir keçirilib
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində QİÇS-ə qarşı mübarizə adlı tədbir keçirilib
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində QİÇS-ə qarşı mübarizə adlı tədbir keçirilib

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində QİÇS-ə qarşı mübarizə adlı tədbir keçirilib


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar