Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Müstəqillik günü münasibətilə mədəniyyət müəssisələrində tədbirlər keçirilib -FOTOLAR

Tarix: 18-10-2017 20:27     Baxış: 3463 A- / A+
Milli Müstəqillik günü münasibətilə mədəniyyət müəssisələrində tədbirlər keçirilib


Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evində Dövlət Müstəqilliyi günü münasibətilə keçirilən tədbirdə “Turan” milli rəqs qrupunun üzvlərinin ifasında Azərbaycan rəqsləri izlənilib, mədəniyyət evinin qiraət dərnəyinin üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeir nümunələri dinlənilib. Tədbirdə həmçinin mədəniyyət evində fəaliyyət göstərən “Bacarıqlı əllər” dərnəyinin üzvləri Zümrüd Məmmədova, Seyidbacı Aslanova, Xuraman Abbasova, Lalə Mahmudova, Xanımana Hüseynova, Aytac Rüstəmlinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Corat Qəsəbə Mədəniyyət evi tərəfindən 2 saylı "Günəş" bağçasında keçirilən tədbirdə illüziyaçı llham Muradovun bir-birindən rəngarəng çıxışı, müğənnilər Samir Salmanov, Ləman Məmmədova, Orxan Zamanov, Şamo Babayevin ifasinda səslənən mahnılar maraqla qarşılanıb. Daha sonra uşaqların ifasında "Azərbaycan", "Müharibə istəmirik", "Bu vətənin övladlarıyıq " adlı mahnılar dinlənilib. Tədbir ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş"Ulu öndər " adlı şeirlə sona çatıb.

Nizami Gəncəvi adına Kitabxana- Klubda keçirilən tədbirdə kitabxanaçı Səadət Allahevrdiyeva müstəqillik günü ilə bağlı oxuculara geniş məlumat verib. Daha sonra kitabxananın oxucularının ifasında Müstəqillik gününə həsr olunan şeirlər dinlənilib. videoçarx izlənilib. Sonda oxucular kitabxanada tərtib olunan “Müstəqillik yollarında” başlıqlı kitab sərgisi ilə yaxından tanış olublar.

S.Vurğun adına Mərkəzi Kitabxanada informasiya günü keçirilib, mövzu ilə əlaqədar tərtib olunmuş sərgi haqqında biblioqrafik xülasə verilib, videoçarx izlənilib. Kitabxananın uşaq şöbəsində məlumat günü keçirilib, şəhər kitabxanalarında sərgilər tərtib olunub.

Zəngilan rayon Mincivan usaq musiqi məktəbində
keçirilən tədbirdə məktəbin şagird və müəllim kollektivi konsert proqramı ilə çıxış ediblər. Konsertdə xalq və bəstəkar mahnıları səslənib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti


Milli Müstəqillik günü münasibətilə mədəniyyət müəssisələrində tədbirlər keçirilib
Milli Müstəqillik günü münasibətilə mədəniyyət müəssisələrində tədbirlər keçirilib
Milli Müstəqillik günü münasibətilə mədəniyyət müəssisələrində tədbirlər keçirilib
Milli Müstəqillik günü münasibətilə mədəniyyət müəssisələrində tədbirlər keçirilib
Milli Müstəqillik günü münasibətilə mədəniyyət müəssisələrində tədbirlər keçirilib
Milli Müstəqillik günü münasibətilə mədəniyyət müəssisələrində tədbirlər keçirilib
Milli Müstəqillik günü münasibətilə mədəniyyət müəssisələrində tədbirlər keçirilib
Milli Müstəqillik günü münasibətilə mədəniyyət müəssisələrində tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar