Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda olub

Tarix: 09-10-2017 17:04     Baxış: 3458 A- / A+
11 illik musiqi məktəbinin kollektivi  Gürcüstanda olub


Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda keçirilən bayram tədbirlərində iştirak edib

Gürcüstanın Tbilisi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəvəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığına əsasən Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi, məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində 04-08 oktyabr 2017-ci il tarixində Gürcüstanda səfərdə olub.

Kollektiv Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.

Tbilisi şəhərində keçirilən “Tbilisoba” adlı bayram tədbirlərində Gürcüstanda yaşayan milli azlıqların mədəniyyəti, incəsənəti, milli musiqiləri nümayiş olunub.

Yüksək səviyyədə təşkil olunmuş tədbirlərdə məktəbin xanəndəlik, saz sinfi şagirdlərinin, nağaraçılar ansamblının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirlərdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov məktəb kollektivinin çıxışlarından məmnun olduğunu bildirərək, onlara gələcək işlərində uğurlar arzulayıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


11 illik musiqi məktəbinin kollektivi  Gürcüstanda olub
11 illik musiqi məktəbinin kollektivi  Gürcüstanda olub
11 illik musiqi məktəbinin kollektivi  Gürcüstanda olub
11 illik musiqi məktəbinin kollektivi  Gürcüstanda olub
11 illik musiqi məktəbinin kollektivi  Gürcüstanda olub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar