Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qubadlı rayon Mədəniyyət evinində Ziba İBRAHİMOVAnın yubileyi keçirildi -Fotolar

Tarix: 15-05-2017 12:46     Baxış: 31 177 A- / A+
 Qubadlı rayon Mədəniyyət evinində Ziba  İBRAHİMOVAnın yubileyi keçirildi


Manevr.az-ın verdiyi xəbərə görə, Qubadlı rayon İcra Hakimiyyətinin və Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Qubadlı rayon Mədəniyyət evinində qabaqcıl mədəniyyət işçisi, Mahmudlu kənd Mədəniyyət evinin direktoru Ziba Məcid qızı İbrahimovanın yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Xoşqədəm Alıyeva, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Eldar Xanlaroğlu, idarənin Qubadlı rayon nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov, tanınmış yazarlar Firdovsi Cəfərxan, Mürvət Qədimov, Qaratel Azəri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın əməkdar artisti İzaməddin Bağırovun aparıcılığı ilə başlanan tədbirdə öncə Ziba İbrahimovanın həyatı və fəaliyyəti haqqında geniş məlumat verilib, video-çarx nümayiş olunub.

Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Xoşqədəm Alıyeva, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Qubadlı rayon nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov yubilyarı təbrik edərək xoş arzularını çatdırıb, Qubadlı Rayon İcra Hakimiyyətinin və Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanlarını təqdim ediblər.

Daha sonra tədbir tanınmış meyxanaçı Namiq Məna və Musiqili Komediya Teatrının aktyorlarının, eləcə də Qubadlı rayon mədəniyyət evinin özfəaliyyət kollektivinin, Mahmudlu kənd mədəniyyət evinin “Buta” rəqs qrupunun, “Pöhrə” xalq çalğı alətləri ansamblının və bədii-qiraət dərnəyinin üzvlərinin çıxışları ilə davam edib.

Sonda yubilyar çıxış edərək fəaliyyətinə verilən yüksək qiymətə görə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürova və tədbir iştirakçılarına təşəkkür edib.

Yubiley tədbiri konsert proqramı ilə yekunlaşıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


 Qubadlı rayon Mədəniyyət evinində Ziba  İBRAHİMOVAnın yubileyi keçirildi

 Qubadlı rayon Mədəniyyət evinində Ziba  İBRAHİMOVAnın yubileyi keçirildi

 Qubadlı rayon Mədəniyyət evinində Ziba  İBRAHİMOVAnın yubileyi keçirildi
 Qubadlı rayon Mədəniyyət evinində Ziba  İBRAHİMOVAnın yubileyi keçirildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar