Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda Kitab bayramı keçirilib -FOTOLAR

Tarix: 12-05-2017 19:36     Baxış: 21 285 A- / A+
Sumqayıtda Kitab bayramı keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan MKS-lərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş IX ənənəvi Kitab bayramı keçirilib.

Sumqayıtda MKS tərəfindən keçirilən kitab bayramı Şəhər Mədəniyyət Evinin qarşısında baş tutub.

Kitab bayramında “Qarabağ qan yaddaşımız”, “Heydər Əliyev və Azərbaycan tarixi”, “Böyük yolun davamçısı”, “Biz vətənin əsgəriyik”, “Sumqayıtın söz dünyası”, “Nağıllar aləminə səyahət” və digər başlıqlar altında ölkə tarixinə, ictimai-siyasi həyata, bu günümüzün əhəmiyyətli hadisəsi olan islam həmrəyliyinə, o cümlədən müxtəlif elm sahələrinə - bədii ədəbiyyat, uşaq ədəbiyyatı, klassik və müasir yazarlarımızın, dünya ədəbiyyatı klassiklərinin əsərlərini əhatə edən bir-birindən rəngarəng sərgilərdə 1000-dən çox ədəbiyyat mümayiş olunub.

Şəhər ziyalılarının, mədəniyyət və təhsil işçilərinin qatıldığı tədbirdə Sumqayıtın tanınmış ziyalısı publisist, yazıçı Eyruz Məmmədov çıxış edərək bayram münasibətilə oxucu və kitabxanaçıları təbrik edib, xoş arzularını çatdırıb.

Daha sonra S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin nəznində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq Poeziya Teatrının üzvlərinin ifasında vətənpərvərlik mövzusunda kompozisiya, Mərkəzi Uşaq Kitabxanasının və Nizami Gəncəvi adına Kitabxana Klubun oxucularının ifasında şeir nümunələri tədbir iştirakçıları tərədindən maraqla dinlənilib.

Tədbirdə Sumqayıt Şəhər Mədəniyyət Evinin və Abşeron rayon Novxanı Kənd Sənətkarlıq Klubunun özfəaliyyət kollektivlərinin birgə konserti keçirilib. Konsertdə “Aypara”, “NİCE” rəqs qrupları, “Xəzər ulduzları” mahnı və rəqs ansamblının ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri, o cümlədən , meyxanaçı Ədalət Dağlının, gənc müğənnilər Zaur Yusifli, Sevda Akkaya, Könül Ağazadənin ifaları, janglyor Elşad Məmmədovun ifasında “Venyamin şou”, ŞME-nin nəznində fəaliyyət göstərən “Narbala” kukla teatrının hazırladığı “Cırtdan” tamaşası tədbirə xüsusi ovqat qatıb.

Tədbirin sonunda Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova çıxış edərək bildirib ki, bu bayram kitabla ünsiyyət quran hər kəsin bayramıdır. Ümid edək, belə tədbirlər oxucuların kitabxanalara cəlb olunmasında, mütaliə maraqlarının artırılmasında böyük rol oynayacaq. Sonda fəal oxucular fəxri fərmanla təltif olunublar.

Qubadlı rayon nümayəndəliyi tərəfindən keçirilən kitab bayramı 28 May Mədəniyyət evinin qarşısında baş tutub.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Xoşqədəm Alıyeva, Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçisi Cavidan Mirzəyev, SRMTİ-nin Qubadlı Rayon Nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov, mədəniyyət işçiləri, yazarlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ümummilli Lider Heydər Əliyevin Azərbaycanın quruculuğunda, inkişafında gördüyü işlər barədə geniş məlumat verilib, Mahmudlu kənd Mədəniyyət evinin bədii-qiraət və rəqs dərnəyinin üzvləri tərəfindən şeir və rəqs nömrələri ifa olunub.

Daha sonra tədbirə qatılan qonaqlar çıxış edərək kitabın insan həyatında rolundan, kitaba hörmətin vacibliyindən danışıb, tədbir iştirakçılarını kitab bayramı münasibətilə təbrik ediblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıtda Kitab bayramı keçirilib
Sumqayıtda Kitab bayramı keçirilib
Sumqayıtda Kitab bayramı keçirilib
Sumqayıtda Kitab bayramı keçirilib
Sumqayıtda Kitab bayramı keçirilib
Sumqayıtda Kitab bayramı keçirilib
Sumqayıtda Kitab bayramı keçirilib
Sumqayıtda Kitab bayramı keçirilib
Sumqayıtda Kitab bayramı keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar