Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı tədbirlər keçirib -FOTOLAR

Tarix: 10-05-2017 18:47     Baxış: 3963 A- / A+
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı tədbirlər keçirib


Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Xızı rayon mədəniyyət işçiləri ulu öndərin rayonda yerləşən abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, rayon ərazisində təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Abşeron rayon Mehdiabad qəsəbə uşaq musiqi məktəbində konsert proqramı təşkil olunub. Konsertdə məktəbin müəllim və şagird kollektivinin ifasında Azərbaycan bəstəkar mahnıları, xalq mahnıları, eləcə də instrumental musiqilər səslənib.

Zəngilan rayon mədəniyyət işçiləri Abşeron rayon Masazır qəsəbəsində təşkil olunan iməcliyə qatılıblar. İməclikdə 300 ədəd eldar şamı və 250 kvadrat metr qazon əkilib. Daha sonra mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri ümummilli liderə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində keçirilən tədbirdə ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib, oxucuların ifasında ulu öndərə həsr olunmuş şeirlər dinlənilib.

Uşaq şöbəsi tərəfindən daha bir tədbir 5 saylı məktəbdə təşkil edilib. Məktəbin 4-cü sinif şagirdləri kitabxanaçı Lalə Muradovanın umummilli liderin həyat və fəaliyyəti ilə bağlı verdiyi sualları cavablandırıb, fikir və düşüncələrini ifa ediblər.

Sumqayıt şəhər Gənclər kitabxanasında Qızıl Aypara Cəmiyyəti, Texniki Kollec və 12 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda “dəyirmi masa” keçirilib. Tələbələr Müslümzadə Peyman, İmanov Elmidar, Umudova Şahnaz,Hacıyeva Əminə, Həsənov Rza və digərləri çıxış edərək müdrik rəhbərin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixində qızıl hərflərlə yazılmış mühüm mərhələ kimi qiymətləndiriblər.

Sonda tədbir iştirakçıları “Heydər Əliyev - Dahi şəxsiyyət” sənədli filmini izləyib, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı tədbirlər keçirib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı tədbirlər keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar