Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Oğlanlarımız kənar millətdən qız alacaq — Milli-etnik tərkib dəyişəcək

Tarix: 03-05-2017 19:56     Baxış: 1515 A- / A+
Oğlanlarımız kənar millətdən qız alacaq

“Bu gün ölkənin əsas demoqrafik problemi milli-mənəvi dəyərlərin aşınması və oğlanların sayının daha çox olmasıdır”.
Manevr.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov bildirib. Onun sözlərinə görə, kəndlərdə vəziyyət daha dəhşətlidir.

Ölkədə hər 1000 nəfər kişiyə düşən qızların sayının getdikcə azaldığını deyən N. Əyyubov qeyd edib ki, tendensiya azalmağa doğru gedir: “Gələcəkdə oğlanlara qızların tapılmaması nəticədə əhalinin yaş-cins tərkibi dəyişəcək. Bu da milli-etnik tərkibin dəyişməsi deməkdir. Oğlanlar evlənməyə qız tapmadıqda istər-istəməz kənar millətdən qız alacaq və bu, ölkənin milli-etnik tərkibinin dəyişməsinə səbəb olacaq. Həmişə Azərbaycan əhalisinin tərkibində qadınların sayı kişilərə nisbətən 1-2% çox olub. Artıq bəzi rayonlarda, kəndlərdə əks vəziyyət müşahidə olunur. Kənd yerlərində fərq daha çoxdur. Bu baxımdan orta respublika səviyyəsi ilə müqayisədə kənd əhalisində vəziyyət çox pisdir”.

N. Əyyubov ölkədə demoqrafik artım göstəricilərinin də azaldığını bildirib. Onun sözlərinə görə, 90-cı illərdə hər min nəfərə 19-20 nəfər düşürdü, sonra bu rəqəm 8-9 nəfərə düşüb. Demoqrafik qanunlar qanun olunandan sonra ölkədə sosial iqtisadi vəziyyətin nisbətən yaxşılaşdığını deyən şöbə müdiri qeyd edib ki, ondan sonra hər min nəfərə təbii artım 12-yə qədər artıb: “Bu gün yenə də azalma gedir. Demoqrafik vəziyyətin artıb-azalması problem deyil. Əsas məsələ milli-mənəvi dəyərlərin aşınması, oğlan-qız nisbətinin pozulmasıdır”.olke.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar