Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məlahətli səsi ilə internetdə məşhurlaşan çoban imtahan verdi - VİDEO

Tarix: 01-05-2017 22:07     Baxış: 2549 A- / A+
Məlahətli səsi ilə internetdə məşhurlaşan çoban imtahan verdi

Bir müddət əvvəl məlahətli səsi ilə sosial şəbəkələrdə məşhurlaşan çoban bu dəfə Milli Konservatoriyada idi. İstedali gənc Pərvin Səfərovun səs tembrini yoxlayan sənətkarlar nə qərara gəliblər?

Qoyun otararkən mahnı oxuyan çobanın sosial şəbəkələrdən başlayan şöhrət yolu Milli Kanservatoriyadan keçdi. Sənətçilər qarşısında səhnəyə çıxan 32 yaşlı Pərvin Səfərov ilk olaraq onu məşhurlaşdıran "Gəl bizim dağlara" mahnısını ifa etdi.
Xezerxeber.az məlumat verir ki, Neftçalanın Qaçaqkənd kənd sakini olan Pərvin Səfərovun səs tembrini yoxlamaq üçün daha bir ifa tələb edildi. Pərvin Səfərov bu dəfə ölməz sənətkarımız Rəşid Behbudovun repertuarından "Nazəndə sevgilim yadıma düşdü" mahnısını oxudu.
Onun səsininin məlahətindən danışan sənətkarlar çatışmazlıqlarını da açıqladılar.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaşadığı kəndin mədəniyyət evində işə götürülən Pərvin Səfərovun ən böyük arzusu musiqi təhsili almaqdır. Sənətkarlar qarşısında çıxış etdiyinə isə hələ də inana bilmir.
Qərara gəlinib ki, Pərvin Səfərov, Milli Kanservatoriyanın tərkibində olan Musiqi Kollecində təhsil alsın.
Milli Kanservatoriyanın rektoru, xalq artisti Siyavuş Kəriminin sözlərinə görə, ən tez zamanda Dövlət İmtahan Mərkəzinə məktub ünvanlanacaq. Məqsəd xüsusi gənc qismində Pərvini qəbul imtahanına girmədən kollecə qəbul etməkdir. Kolleci bitirdikdən sonra isə ona Kanservatoriyada da təhsil alması üçün imkan yaradılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar