Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov illər sonra Sumqayıt teatrının səhnəsində -FOTOLAR

Tarix: 19-04-2017 20:09     Baxış: 2720 A- / A+
Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov illər sonra Sumqayıt teatrının səhnəsində


Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət olunan Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov illər sonra bir səhnəni bölüşüblər. Teatr tamaşaçıların qarşısına yeni tamaşa ilə çıxıb.

Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 18-də İsi Məlikzadə və Süleyman Ələsgərovun “Subaylarınızdan görəsiniz” musiqili komediyası əsasında səhnələşdirilən “Toy olsun” adlı yeni tamaşanın premyerası olub.

Tamaşanın ilk izləyiciləri sırasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin Bakıdan gələn qonaqlar olub.

Sumqayıt teatrının səhnəsində Səməni və Seyfi obrazlarını canlandıran Xalq artistlərinin və digər aktyorların improvizələri maraqla qarşılanıb. Sevgi, ailə-məişət mövzusunda olan tamaşada seçim azadlığı, hiylə, xəyanət, ailə münasibətləri komik süzgəcdən keçirilərək tamaşaçıya təqdim edilir.

Tamaşanın rejissoru Əməkdar Artist Firuddin Məhərrəmovdur. Rolları Əməkdar artistlər Növrəstə Həşimova, İzaməddin Bağırov, İlahə Səfərova, Cəlal Məmmədov və aktyorlar Akif Mirzəyev, Oqtay Mehdiyev ifa ediblər.

Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov illər sonra Sumqayıt teatrının səhnəsində
Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov illər sonra Sumqayıt teatrının səhnəsində
Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov illər sonra Sumqayıt teatrının səhnəsində

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar