Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əbülfəs Qarayevin İsmayıllıda vətəndaşlarla görüşü keçirilib -FOTOLAR

Tarix: 30-03-2017 11:54     Baxış: 3643 A- / A+
Əbülfəs Qarayevin İsmayıllıda vətəndaşlarla görüşü keçirilib


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir, müxtəlif məsələlərlə bağlı müraciətlər dinlənilir və həll olunması üçün tədbirlər görülür.

Manevr.az-ın xəbərinə görə, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 29-da İsmayıllıda keçirilib. Görüşdən əvvəl nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyasına baxıb. Əbülfəs Qarayev, həmçinin İsmayıllı şəhər mədəniyyət mərkəzinin ərazisində təşkil edilən “Turist bazarı” ilə tanış olub. Burada köşklər, konsert səhnəsi, turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhə qurulub. Misgərlər, xalçaçılar, kəlağayı ustaları, rəssamlar, suvenir ustaları, kulinarlar öz məhsullarını, əl işlərini nümayiş etdirirlər. Nazir “Turist bazarı”nın fəaliyyətinin genişləndirilməsi, turistlərə göstərilən mədəni xidmətlərin səviyyəsinin daha da artırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib. Sonra Heydər Əliyev Mərkəzində İsmayıllı, Ağsu, Qəbələ, Qobustan və Şamaxı rayonları sakinlərinin qəbulu keçirilib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Martın 29-da İsmayıllı şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin yeni yaradılan regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş geniştərkibli müşavirə keçirilib. Tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin regional idarələrin Novruz bayramı ərəfəsində paytaxtda keçirilən bayram tədbirlərində iştirakı dəyərləndirilib.

Elnarə Günəş

Əbülfəs Qarayevin İsmayıllıda vətəndaşlarla görüşü keçirilib
Əbülfəs Qarayevin İsmayıllıda vətəndaşlarla görüşü keçirilib
Əbülfəs Qarayevin İsmayıllıda vətəndaşlarla görüşü keçirilib
Əbülfəs Qarayevin İsmayıllıda vətəndaşlarla görüşü keçirilib
Əbülfəs Qarayevin İsmayıllıda vətəndaşlarla görüşü keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar