Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Gözəl yurdumuzu uşaqkən gəzək” adlı yeni layihəyə start verildi -FOTOLAR

Tarix: 27-03-2017 10:28     Baxış: 3877 A- / A+
“Gözəl yurdumuzu uşaqkən gəzək” adlı yeni layihəyə start verildi


Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi “Gözəl yurdumuzu uşaqkən gəzək” adlı yeni layihəyə start verib.

Layihənin keçirilməsində məqsəd şəhərin, eləcə də ölkənin maddi-mənəvi sərvətləri, tarixi abidələri, turizm potensialı haqqında şəhər əhalisini məlumatlandırmaq, ekskursiyalar, turlar təşkil etmək və bunu regionlar arasında inkişaf etdirməkdir.

Bu məqsədlə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində ilk tədbir Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində baş tutub.


“Abidələrə virtual səyahət” adlı tədbirdə Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova azyaşlı oxuculara layihə haqqında geniş məlumat verib.

Tədbirə qonaq qismində dəvət olunan Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin aparıcı mütəxəssisi Ayişə Səfərli Sumqayıt şəhərində dövlət tərəfindən mühafizə olunan 9 tarixi abidənin tarixi, müəllifləri və bu gunku durumu haqqında geniş məlumat verib, video-çarx nümayiş etdirib.

A.Səfərli uşaqlarla xoş ünsiyyət qurub, səmimi söhbət edib, onları maraqlandıran sualları cavablandırıb. Uşaqların maraq dairəsini daha yaxından öyrənmək məqsədilə onlarla inrtellektual-əyləncəli oyunlar keçirən qonaq layihə çərçivəsində keçiriləcək tədbirlərdən danışıb.

Tədbirə böyük maraqla qatılan fidanlar öz növbələrində şeir ifa edib, bilik və bacarıqlarını nümayiş etdiriblər. Belə tədbirlərin bundan sonra da ardıcıl olaraq keçirilməsini arzulayan usaqlar sonda Azərbaycan xalq nağıllarından ibarət cizgi filmi izləyiblər.

“Gözəl yurdumuzu uşaqkən gəzək” adlı yeni layihəyə start verildi
“Gözəl yurdumuzu uşaqkən gəzək” adlı yeni layihəyə start verildi
“Gözəl yurdumuzu uşaqkən gəzək” adlı yeni layihəyə start verildi
“Gözəl yurdumuzu uşaqkən gəzək” adlı yeni layihəyə start verildi
“Gözəl yurdumuzu uşaqkən gəzək” adlı yeni layihəyə start verildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar