Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

""Papaq atmanın" fəlsəfəsi..." -Şahlar ƏSGƏROV

Tarix: 20-03-2017 17:48     Baxış: 3945 A- / A+
""Papaq atmanın"  fəlsəfəsi..."
Başımıza qoyduğumuz papağın nə kimi hikmətlərə, mənaya malik olduğunu biz azərbaycanlılar daha yaxşı bilirik. Papaq bayraqdan sonra bir xalqın kimliyi haqda ən dürüst məlumat verən vasitədir. Elə bu xüsusiyyətinə görə papağı nəinki qapılara atmaq, hətta ən yaxın dostuna belə etibar etmək olmaz. Ən yüksək pillədə dayanmalı olan papağın qapılara atılması, elə mənliyin, heysiyyətin atılması deməkdir. Papağımıza sahib çıxaq ki, sonda onu başqa "qapılarda" axtarmayaq.


Sözügedən mövzuya Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun
fərqli baxışı var.

Manevr.az dəyərli alimimizin ""PAPAQ ATMANIN" FƏLSƏFƏSİ..." yazısını təqdim edir:


Mənim balam, bu dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadı,
Möhkəm yapış başındakı papaqdan,
Başdan papaq alıb qaçan dünyadı.


Ramiz Rövşən

Papaq bizim həyatımızda əhəmiyyətli yer tutur. Çox vaxt insanın milli kimliyini, dini mənsubiyyətini, hansı təbəqəyə aidliyini müəyyən etməyə imkan verir. Tarix boyu papaq forma və məzmunca böyük inkişaf yolu keçmişdir. Ayrı-ayrı millətlərdə papağın təyinatı müxtəlifdir. Bəziləri ona geyim əşyası kimi baxdığı halda, digərləri ona dərin məna verir, onu nüfuz atributu kimi qəbul edir.


Novruz xalqımızın qədim bayramlarından biridir. Bu bayram müxtəlif mərasimlərlə müşaiyət olunur. Qədim şalsalladı ayini müasir dövrdə " papaqatdı" kimi təqdim olunur. Həqiqətən də hər il Novruz bayramı ərəfəsində papağı qapılara tullamaq kimi xoşagəlməz adət meydana gəlmişdir.
Bu haqda KİV-lərdə geniş reportajlara rast gəlmək olar. Reportajların biri də tanınmışların evinə papaqatmağa həsr edilmişdi. Rəyi soruşulan bütün partiya sədrləri “papaqatmanı” təqdir edirlər. Partiya sədri də, professor da, akademik də "papaqatma”-dan qürurla, ağızdolusu danışır. Hətta milli ruhun daşıyıcıları olan meyxana ustaları da TV-də papaqdan “qafiyə” çıxarırdılar.

Bir cənublu qardaşımız deyir: “Papaqatma adəti bizdə yoxdur. Adətən, qapılara şal atırıq. Ev sahibi şala bayram süfrəsində olan şirniyyatlardan bağlayır”. Böyük Şəhriyarın "Heydər baba"sında da bu haqda misralar var. Şübhə etmirəm ki, qədimdə çərşənbə axşamı papaq atmaq deyil, "torba atmaq", "şal atmaq" mərasimi olub. Bəs, bu "papaq- atmaq" adətinin yaranmasına səbəb nədir? Bu adəti bizə kimlər sırayıb və məqsəd nə olub?
Güman etmək olar ki, məqsəd: namus, qeyrət simvolu sayılan və başa qoyulan papağı, ayaq altına atmaq, milləti sındırmaq olubdur.

1945-ci ildə keçmiş SSRİ-yə qarşı yönəlmiş bir doktrinada deyilir: “Biz ehtiyatla onların mənəvi dəyərlərini dəyişərək, şüurlarına seks kultu, zorakılıq, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd olan şeyləri yeritməliyik. Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız qalığına çevriləcək”.

Bu doktrina “papaqatma” timsalında bizdə tam təsdiqini tapmaqdadır. Başa qoyulan papaq Novruz bayramında ayaq altına atılır. Yəni, tarixi milli dəyər, dəyərsizləşdirilir. Və bu prosesidə ölkəmizin tanınmış siyasətciləri və ziyalıları, sənətçiləri, alim və akademikləri yaxından "iştirak edirlər".

Papaqın digər geyim əşyalarından fərqi, özəlliyi nədir?

XVII əsrdə Rene Dekart təbiət haqqında öz baxışıni əsaslandırmaq üçün “düşünən materiya” adlandırdığı ağılı, ölçülü-çəkili materiyadan fərqləndirir. Gözlə görülməyən, əllə toxuna bilmədiyimiz bu "düşünən materiya" beyində yerləşir. Beyin isə başdadır. Bu səbəbdən də baş digər üzvülərdən çox qiymətlidir. Baş canlılıq, dirilik deməkdir. İnsanın başı sağlam, salamat olarsa, özü də salamat olar.

Məlumdur ki, krallar, şahlar tac qoymuş, adi insanlar isə papaq geymişlər. Tacın arxasında dövlətin qüdrəti, papağın arxasında "kişi sözü" durardı. Qiymətli daşlarla bəzədilmiş tac qüdrət simvolu kimi çıxış etmişdir. Taca sahibliyi itirmək, təslim olmaq əlamətidir. Qüdrət, namus simvolu olan tac bədənin ən qiymətli üzvü olan başa qoyulur.
Yuxarıda deyilənlərdən bu qənaətə gəlmək olar ki, papağa münasibətdə biz hələ kamil deyilik.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar