Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Baba Vəziroğlunun Sumqayıtda görüşü keçirilib -FOTOLAR

Tarix: 15-03-2017 20:36     Baxış: 31 271 A- / A+
 Baba Vəziroğlunun Sumqayıtda görüşü keçirilib


Sumqayıt Regional Mədəniyyət və Turizm Idarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Əməkdar İncəsənət Xadimi, şair Baba Vəziroğlu ilə oxucuların görüşü keçirilib.

Manevr.az-ın məlumatına görə, S.Vurğun adına Mərkəzi Kitabxanada baş tutan tədbirdə Əməkdar incəsənət xadimi, aktyor Şeyx Əbdül Mahmudbəyov, şair Əşrəf Şəfiyev, ədəbi mühitin nümayəndələri, tələbələr iştirak ediblər.

AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan S.Vurğun adına Mərkəzi Kitabxananın direktoru Yeganə Əhmədova görüşün məqsədi və mahiyyəti haqqında oxuculara məlumat verib.


Tədbirin qonaqları Əşrəf Şəfiyev, Şeyx Əbdül Mahmudbəyov çıxış edərək Baba Vəziroğlunun həyatı və yaradıcılığı haqqında qısa məlumat verib, oxucularla səmimi söhbət ediblər.

Daha sonra söz şair Baba Vəziroğluna verilib. O, belə bir görüşü təşkil etdiyinə görə S.Vurğun adına Mərkəzi Kitabxananın kollektivinə təşəkkür edib və bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bu onun oxucularla kitabxanada ilk görüşüdür. Paytaxtdan kənarda, belə bir kitabxananın mövcudluqu və fəaliyyəti, gənc nəslin yenidən kitaba və kitabxanaya üz tutmasını tədqir edən şair bildirib ki, kitaba qayıdış hər bir cəmiyyətin həyatında dönüş nöqtəsidir. Bu gün gəncliyin kitabla ünsiyyəti böyük hadisədir və Azərbaycanın işıqlı gələcəyindən xəbər verir. İnsan insandan maddi sərvəti ilə deyil, savadı, təhsili ilə öndə olmalıdır deyən şair milli, mənəvi, dini dəyərlərimiz, milli bayramlarımız, Novruz bayramının tarixi və digər mövzularla bağlı oxucularla səmimi söhbət edib, fikirlərini bölüşüb, suallarını cavablandırıb.

Sonda oxucular şairin ifasında şeirlərini dinləyib, xatirə şəkli çəkdiriblər.

 Baba Vəziroğlunun Sumqayıtda görüşü keçirilib
 Baba Vəziroğlunun Sumqayıtda görüşü keçirilib
 Baba Vəziroğlunun Sumqayıtda görüşü keçirilib
 Baba Vəziroğlunun Sumqayıtda görüşü keçirilib
 Baba Vəziroğlunun Sumqayıtda görüşü keçirilib


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar