Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalı şahidi İtaliya mətbuatına danışdı

Tarix: 15-02-2017 20:52     Baxış: 3448 A- / A+
Xocalı şahidi İtaliya mətbuatına danışdı



İtaliyanın "Daily Cases" və "Caratteri Liberi" informasiya portallarında Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın "Xocalı qətliamı: bir qadının sağ qalması və yenidən doğulması hekayəsi" sərlövhəli məqaləsi dərc edilib.

Manevr.az-ın Trend-ə istinadən məlumatına görə, müəllif holokost, habelə Bosniya, Kamboca, Ruandada törədilmiş soyqırımlardan tez-tez bəhs olunmasına baxmayaraq, müasir dövrdə törədilmiş insanlığa qarşı ən ağır cinayətlərdən olan Xocalı soyqırımının lazımi səviyyədə tanınmadığını vurğulayır, özünün Xocalı soyqırımı zamanı yaşadığı ağır hadisələrdən və bu hadisələrin onda buraxdığı psixoloji zərbələrdən söhbət açır.

D.Ağayeva qeyd edir ki, erməni qoşunları Xocalıda bəşəriyyətin son dövrlər ən dəhşətli kütləvi qırğınlarından birini törədərkən onun cəmi 20 yaşı vardı. O yazır ki, gözləri önündə iki yaşlı azərbaycanlı uşağın öz valideynləri ilə birlikdə necə güllələndiyinin, hamilə qadınların və qocaların avtomat süngüsü ilə necə öldürüldüyünün şahidi olub. D.Ağayeva məqaləsində Xocalıda erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü və əsirlikdə çox təhqiramiz işgəncələrə məruz qaldığını, hətta əsirlikdən qurtulduqdan sonra da uzun müddət psixoloji sarsıntı keçirdiyini vurğulayır.

D.Ağayeva daha sonra yazır ki, müsəlman qadını kimi onun erməni əsirliyində olarkən məruz qaldığı işgəncə, zorakılıq və alçalma halları barədə ictimaiyyətə bir söz deyə bilmədiyinə görə çəkdiyi ürək ağrısını ifadə etmək çətindir. Lakin o, başına gələn əhvalatları yalnız bölüşməklə rahatlıq və şəfa tapa biləcəyini sonradan anladığını söyləyir və beynəlxalq səviyyədə bu faciə barədə məlumatlandırmanın təmin edilməsi üçün apardığı fəaliyyətdən söz açır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar