Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəsulun adamı İŞİD-in məşhur simasıymış - Şok təfərrüat

Tarix: 14-02-2017 15:36     Baxış: 6353 A- / A+
Rəsulun adamı İŞİD-in məşhur simasıymış


2014-cü ildə İraqda öldürülən, daha sonra isə sosial şəbəkələrdə yayılan fotoları ilə hər kəsi heyrətləndirən 18 yaşlı azərbaycanlı terrorçu Həmzə Azəri (Hamzat Laro) ləqəbli Həmzə Əliyevin özü və ailəsi haqqında sensasion məlumatlar yayılıb.


Bakipost.az xəbər verir ki, yayılan məlumatlarda terrorçunun ailəlikcə İŞİD-də qoşulması, onların ayrı-ayrı olkələrdəki fəaliyyətləri və ən əsası Azərbaycanla əlaqələri barədə informasiyalar əks olunur. Məlum olur ki, Həmzə Azəri İŞİD-çilər arasında "Əbu Hafiz Azəri" ləqəbi ilə tanınan İntiqam Əliyevin doğma oğludur.

Araşdırma zamanı həmçinin, indiyə qədər bir neçə dəfə ölüm xəbəri yayılan İntiqam Əliyev kifayət qədər əlaqəli, imkanlı və məşhur adam olduğu ortaya çıxır.

Rəsulun adamı İŞİD-in məşhur simasıymış


O, 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulub. Birinci həyat yoldaşı - Naxçıvan sakini İlahə Əliyeva Məhəmməd qızı ilə evlilikdən 7 uşaqları olub. Azərbaycanda, Gürcüstanda, Türkiyədə və Ukraynada biznes fəaliyyəti quraraq, avtomobil ehtiyat hissələrinin satış şəbəkəsi yaradan İntiqam Abuzər oğlu Əliyev eyni zamanda siyasi fəaliyyətlə də məşğul olub. O özü ilə bağlı verdiyi anket məlumatlarında vaxtilə Rəsul Quliyevin sədrlik etdiyi Azərbaycan Demokratik Partiyasında (ADP) aparıcı simalardan olduğunu və təşkilatın maliyyələşməsinə dəfələrlə dəstək göstərdiyini qeyd edib. Həmin partiyanın maliyyə dəstəkçilərindən biri kimi tanınan şəxs Azərbaycanı da məhz müxalifətçi adı ilə tərk edib. O, ölkədən getdikdən sonra bir neçə il heç kimin bilmədiyi yerlərdə yaşayıb və həmin müddətdə onunla bağlı heç bir informasiyaya rast gəlinmir.

2001-ci ildən sonra isə İntiqam Əliyevin İstanbulda olduğu məlum olur. O, ikinci dəfə Rusiya vətəndaşı olan çeçen xanımla ailə qurub. Bu ailədən isə onun 4 qızı doğulub.

İ.Əliyevin İraqla əlaqələrinin, terrorçu qruplaşmalarla isti münasibətinin nə vaxtdan formalaşması isə bəlli deyil. Məlum olan odur ki, o, əvvəlcə oğlanları - Nihad və Həmzə Əliyevlərə saxta yollarla Ukrayna vətəndaşlığı alıb. Bundan sonra özü, həyat yoldaşları və digər uşaqları ilə İŞİD-in məşhur əmrləri olan Əbu Ömər Şişanı və Əbu Cihada qoşularaq Suriyaya gedib.

Rəsulun adamı İŞİD-in məşhur simasıymış


Terrorçuya çox yaxın adamlardan saytımıza verilən məlumata görə, onun 1991-ci il təvəllüdlü böyük oğlu Nihad Əliyev 1 il əvvəl terrora dəstək verən şəxs kimi Ukrayna hüquq mühafizə orqanları tərəfindən həbs edilib və o hazırda Xarkov şəhərində istintaq altındadır.

Məlumata görə o, 16 yaşında Fatimə Qaybəyeva adlı bir xanımla evlənib və 1 uşaqları var.

Həyat yoldaşının indi harada yaşadığı isə məlum deyil. İddialara görə, əri tutulandan sonra, qayınatası onu 8 yaşlı oğlu ilə birgə məcburi şəkildə Suriyaya aparıb. Amma o, Suriyadan qaçmağa nail olub.

İntiqam Əliyev 1996-cı ildə anadan olmuş oğlu Həmzə Əliyevi isə vaxtilə heç kimə yaxalanmadan Ukraynadan İraqa apara bilib. Ukraynanı tərk edən gənc həm İraqda, həm də Suriyada terror aktları həyata keçirib.

O, İŞİD-çilər arasında "Hamzat Laro", yaxud "Həmzə Azəri" ləqəbi ilə tanınıb. Daha sonra isə sosial şəbəkədə paylaşdığı fotolarıyla məşhurlaşıb. Belə ki, o, Kobanidə terror törətməyə hazırlaşdığı zaman çəkilmiş şəkillərini "İnstagram" sosial şəbəkəsində paylaşıb. Bu isə bir çox insanın qəzəbinə səbəb olub.

Lakin gəncin terror həvəsi uzun çəkməyib. O, 2014-cü il, iyulun 24-də Bəycidə şəhərində İraq ordusu tərəfindən öldürülüb.

Rəsulun adamı İŞİD-in məşhur simasıymış


İŞİD ordusunda məşhur simalardan olan "Əbu Hafiz Azəri"nin (İntiqam Əliyev) isə sağ olduğu və hazırda ailəsi ilə birlikdə Suriyada yaşadığı deyilir. Onun İstanbulda, Xarkovun varlılar yaşayan məhəllələrindən birində, Bakıda Qara Qarayev metrostansiyasının yaxınlığında və Şərurda olan villalarında heç kimin yaşamadığı qeyd olunur.

Daxil olan məlumatlarda İntiqam Əliyev və ailə üzvlərinin Azərbaycan, Ukrayna, Türkiyə hüquq mühafizə orqanları tərəfindən axtarışda olduğu bildirilir.

Qeyd edək ki, ADP-dən BakiPost.az-a bildiriblər ki, İntiqam Əliyev adlı şəxsi tanımırlar: "Ola bilsin ki, Rəsul Quliyevin vaxtında belə bir adam olub, partiyaya gizli köməkliklər göstərib. Amma üzdə olan şəxs olsaydı, tanıyardıq”.

Mümkündür ki, İ.Əliyev təqdim etdiyi sənədlərdə adını və ya soyadını saxtalaşdırsın.

Manevr.az

Rəsulun adamı İŞİD-in məşhur simasıymış
Rəsulun adamı İŞİD-in məşhur simasıymış
Rəsulun adamı İŞİD-in məşhur simasıymış

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar