Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azİmport” MMC-nin dəstəyi ilə ərsəyə gələn "MUROV QARTALI"

Tarix: 13-02-2017 11:14     Baxış: 41 877 A- / A+
“Azİmport” MMC-nin dəstəyi ilə ərsəyə gələn


“Azİmport” MMC-nin dəstəyi ilə nəşr olunmuş kitabıın təqdimat mərasimi keçirilib

Fevralın 10-da Bakı Oksford Məktəbində (Baku Oxford School) “Aprel döyüşləri” – 1-4 aprel 2016-cı ildə Qarabağ cəbhəsində Azərbaycan Ordusunun işğaıçı qüvvələrə qarşı keçirdiyi uğurlu əks-hücum əməliyyatı zamanı qəhrəmancasına həlak olmuş əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovun şərəfli həyat və döyüş yolundan bəhs edən “Murov qartalı” kitabının təqdimat mərasimi keçirilib.

“Azİmport” MMC-nin dəstəyi ilə ərsəyə gələn


Yenicə çapdan çıxmış kitabın təqdimatı şəhid zabitin övladının təmənnasız təhsil aldığı Bakı Oksford Məktəbində bu nüfuzlu tədris ocağının rəhbərliyinin təşəbbüsü ilə təşkil olunub. Mərasimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkilləri – Milli Məclisin Gənclər və idman komitəsinin sədriFuad Muradov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müaviniRövşən Rzayev, Milli Məclisin üzvləri Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Adil Əliyev, həmçinin qeyri-hökumət təşkilatlarının və idman ictimaiyyətinin tanınmış nümayəndələri, veteran hərbçilər, şəhid zabitin silahdaşları iştirak ediblər.

“ASAN Radio”nun rəhbəri, vaxtilə Murovdağda Raquf Orucovla birlikdə xidmət etmişEmin Musəvinin aparıcılığı ilə keçirilən mərasimdə əvvəlcə qəhrəman şəhidlərin – Azərbaycanın azadlığı və ərazi bütövlüyününqorunması uğrunda döyüşlərdə həyatını qurban vermiş həmvətənlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Bakı Oksford Məktəbinin istedadlı şagirdləri mərasim iştirakçılarına şəhidlərə həsr olunmuş şeir və mahnılardan ibarət maraqlı kompozosiya təqdim ediblər.
Bakı Oksford Məktəbinin təsisçisi Mehriban Hüseynova mərasimə toplaşanları salamlayaraq, tədbirin təşkilinin gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsində mühüm rol oynayacağını bildirib. O, şəhid polkovnik-leytenant Raquf Orucovun övladının bu məktəbdə təhsil almasını qürurverici bir hal kimi səciyyələndirib, xalqımızın öz qəhrəmanlarının xatirəsini daim əziz tutacağına əminliyini vurğulayıb.

“Azİmport” MMC-nin dəstəyi ilə ərsəyə gələn

Sonra söz Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili – ombudsman Elmira Süleymanovaya verilib. Elmira xanım cəbhə bölglərinə etdiyi müntəzəm səfərlər zamanı əsgər və zabitlərimizlə keçirdiyi görüşlərdən söhbət açıb, onların yüksək döyüş və mənəvi-psixoloji hazılığının şahidi olduğunu bildirib. “Murov qartalı” kitabını yüksək dəyərləndirən Ombudsman “Biz öz torpağımızdayıq, irəli!” – deyərək öz əsgərlərini işğalçılara qarşı döyüşə aparan komandir Raquf Orucov kimi qəhrəmanların həyat və döyüş yolunun təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında “Aprel döyüşləri”nin xalqımızın, ordumuzun və Ali Baş Komandamızın gücünü bir daha dünyaya nümayiş etdirdiyini, Raquf Orucovun və silahdaşlarının qəhrəmanlığının heç vaxt unudulmayacağını bildirib. Hazırda sədr müavini olduğu komitədə şəhid polkovnik-leytenantın həyat yoldaşı Sevinc xanımın da işləməsindən qürur duyduğunu bildirən Sədaqət Qəhrəmanova onun övladlarını atalarının şərəfli adınalayiq tərbiyə etməsindən razılıq hissi ilə söz açıb. Komitə sədrinin müavinişəhid polkovnik Raquf Orucov haqqında kitabın nəşrində əməyi olanlara da təşəkkür edib.

“Azİmport” MMC-nin dəstəyi ilə ərsəyə gələn

Milli Məclisin üzvləri Bəxtiyar Sadıqov və Qənirə Paşayevanın da çıxışları maraqla qarşılanıb. Qənirə xanım Raquf Orucovu yaxından tanıdığını, cəbhə xəttində onunla bir neçə dəfə həmsöhbət olduğunu, ona “əziz qardaşım” deyə müraciət etdiyini xatırlayıb və şəhid zabitin əsl komandir kimi müsbət keyfiyyətləri haqqında özünəməxsus tərzdə bədii-publisistik monoloq söyləyib. Xanım millət vəkili “Murov qartalı” kitabının müəlliflərinin yaradıcı əməyini və kitabın nəşrinə kömək göstərənlərin xidmətlərini yüksək qiymətləndirib.
Xatırladaq ki, tanınmış jurnalistlər – Elşən Əliyev və Elxan Salahovun yazdığı “Murov qartalı” kitabı“Azİmport” MMC-nin dəstəyi ilə nəşr edilib.

Mərasimdə kitabın müəllif və tərtibçiləri Elşən Əliyev və Elxan Salahovçıxış edərək, şəhid polkovnik-leytenantın xatirəsinə ehtiramlarını bildirib, kitab üzərində işin bəzi təfərrüatları barədə danışıblar. Müəlliflər kitabın nəşrə hazırlanmasına nüfuzlu tikinti şirkətlərindən olan “Azİmport” MMC-nin verdiyi dəstəyin əhəmiyyətini qeyd ediblər. Onlar şirkətin icraçı direktoru, istefada olan zabit İlham Əhmədovun kitabın yazılmasına, xüsusən, Raquf Orucovun silahdaşları, hərbçi dostları ilə görüşlərin təşkilinə böyük qayğıkeşlik göstərdiyini minnətdarlıqla xatırlayıblar.

“Azİmport” MMC-nin mətbuat xidmətinin rəhbəri, Əməkdar Mədəniyyət İşçisi Xanlar Məmmədov isə yenicə işıq üzü görmüş “Murov qartalı” kitabının təqdimat mərasimi təşkil etdiyinə görə Bakı Oksford Məktəbinin rəhbərliyinə təşəkkür edib. O, “Murov qartalı” kitabının “Aprel döyüşləri”nin qəhrəmanları haqqında ilk irihəcmli nəşr olduğunu vurğulayaraq, gələcəkdə Raquf Orucov və digər şəhidlərimiz haqqında daha sanballı əsərlərin yaradılacağına əminliyin ifadə edib.

Xanlar Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə doğma Qarabağımız erməni işğalından azad ediləcəyinə inamını ifadə edib.
Mərasimdə tanınmış idmançılar İlham Zəkiyev və Fariz Məmmədov da çıxış edərək. Hər iki idmançı Raquf Orucovun igidliyinin və döyüş yolunun gənclər üçün bir örnək olduğunu bildirib, “Murov qartalı” kitabının nəşrini də bu işə dəyərli bir töhfə kimi səciyyələndiriblər.

Sonda şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanımın təsirli çıxışı mərasim iştirakçılarında kövrək duyğular yaradıb. O, salona toplaşanlara, qəhrəman şəhidin xatirəsinə ehtiram göstərənlərə, həmçinin, kitabın nəşrində zəhmət çəkənlərə təşəkkür edib və deyib ki, Raquf Orucovun ailəsi və övladları onun şərəfli adına daim layiq olacaqlar!

Manevr.az

“Azİmport” MMC-nin dəstəyi ilə ərsəyə gələn
“Azİmport” MMC-nin dəstəyi ilə ərsəyə gələn
“Azİmport” MMC-nin dəstəyi ilə ərsəyə gələn
“Azİmport” MMC-nin dəstəyi ilə ərsəyə gələn
“Azİmport” MMC-nin dəstəyi ilə ərsəyə gələn

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar