Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Onu ağsaqqal bilirdim, utandım!” - Deputat korifeylərin qalmaqalından danışdı

Tarix: 08-02-2017 13:44     Baxış: 5455 A- / A+
“Onu ağsaqqal bilirdim, utandım!”


Xəbər verdiyimiz kimi, Azərbaycanda neçə illərdir, keçirilən Muğam televiziya müsabiqəsi yenidən başlayıb. Amma müsabiqənin münsiflər heyəti ilə bağlı mübahisəli məsələ ortaya çıxıb.

Belə ki, xalq artisti Canəli Əkbərov müsabiqənin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər - xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov ona etiraz ediblər. Onlar bildiriblər ki, Canəli Əkbərov münsiflər arasına qatılsa, aləm qarışacaq. O, ifaçılara qarşı qərəzli çıxışlar edəcək, tez-tez dava düşəcək. Hətta bəzi münsiflər bir qədər irəli gedərək, Canəli Əkbərov müsabiqədə iştirak edəcəyi təqdirdə, münsiflikdən imtina edəcəklərini qeyd ediblər.

Xatırladaq ki, mərhum xalq artisti Ağaxan Abdullayev vəfat etdiyindən Muğam televiziya müsabiqəsinin münsiflər heyətində bir yer boşalıb.

Xalq artislərinin etirazına Canəli Əkbərov videolu cavab verib. O, videomüsahibəsində həmkarlarına cavab verərək, onlar haqda qeyri-etik ifadələr işlədib.



Xalq artistləri arasında baş verən qalmaqala Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Aqil Abbas münasibət bildirib.

O, BakiPost.az-a açıqlamasında deyib ki, Canəli Əkbərovun bu cür müsahibə verərək həmkarlarını təhqir etməsi onun üçün gözlənilməz olub: "İnanmazdım ki, bir münsiflər heyətinə düşmək üçün Azərbaycanın korifeylərinin bir-birləri ilə olan münasibəti belə pozulsun.

Həmişə böyük hörmət bəslədiyim Canəli Əkbərovun video yazısına baxdım və çox utandım. Onlar 50 ildir ki, bir yerdə çörək yeyiblər, münasibətləri var idi. Mən şəxsən Canəli müəllimdən bunu gözləməzdim. Onu ağsaqqal bilirdim.

Hesab edirəm ki, bunu Opera və Balet Teatrının çayxanasında oturub öz aralarında həll edə bilərdilər. Amma 50 illik dostluğu tapdalamaq olmazdı.

Həmin münsiflər heyəti bir ailədir. 8 ildən çoxdur ki, birlikdədirlər. Hamısı da Azərbaycanın korifey sənətkarları, şəxsiyyətli adamları, Azərbaycan musiqisinə və mədəniyyətinə möhürlərini vurmuş adamlardır. Onlar bir ailədir. Ailə mətbəxinə başqa adam buraxmaq lazım deyildi. Bu adi bir məsələdir. Həmin sənətkarla neçə illərdir ki, birlikdədirlər. Buna görə də bir-birlərinin hər şeylərini bilirlər. Onlar da yumşaq şəkildə deməli idilər ki, biz bir ailə olduğumuz üçün başqa adam istəmirik. Düzdür, Canəli müəllimə qarşı elə də ciddi təhqiramiz söz deməyiblər. Amma Canəli müəllimin onları təhqir eləməsini mən heç gözləməzdim. O da Azərbaycan musiqisinə möhrünü vuran sənətkar, sevilən xanəndəmiz, professordur. Hətta Canəli müəllim muğam haqda dərslik də yazıb. Canəli müəllimin o videomüsahibəsi məni incitdi. Çünki o yaşda olan ağsaqqala onlara cavab vermək lazım deyildi. O cür təhqiramiz ifadələr işlətmək düzgün deyildi”.

Millət vəkili Mənsum İbrahimovun "Məcnun” rolundan da danışıb: "Mən Azərbaycandakı bütün "Məcnunlara” baxmışam. Hamısının öz yeri var. Amma Mənsum İbrahimov "Məcnunların Məcnunu”dur. Mənsub İbrahimovun Azərbaycan Opera və Balet Teatrında olan "Leyli Məcnun”dakı "Məcnun”u heç kəslə müqayisə ediləcək bir şey deyil. Mənsuma, bir xanıma o cür münasibət bəsləmək düzgün deyil. Mən buna təəsüf edirəm.

Öz məbədlərində, yəni Opera və Balet Teatrının çayxanasında öz aralarında həll edə biləcək bir şeyi mətbuata çıxardılar”.

Deputat hesab edir ki, jurnalistlərin Canəli Əkbərovu əsəbi şəkildə danışdırması düzgün addım olmayıb: "Canəli müəllim ağsaqqal adamdır. İndi əsəbləşib bir söz deyib. Onda gərək tutub hamını güllələyək.

Jurnalistlər qaşınmayan yerdən qan çıxartmağı xoşlayır. Amma gərək onlardan qan çıxartmayaydıq. Çünki onlar şou əhli deyil. Onlar Azərbaycanın ustad sənətkarlarıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar