Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

DİM-ə qarşı “ədalətsiz imtahan” İTTİHAMI — Valideynlər nəticələrin ləğvini tələb edirlər

Tarix: 14-06-2020 22:03     Baxış: 3453 A- / A+
DİM-ə qarşı “ədalətsiz imtahan” İTTİHAMI

Dövlət İmtahan Mərkəzinin (DİM) orta məktəblərdə təşkil etdiyi buraxılış imtahanlarının formatı ciddi narazılıq doğurub.

Manevr.az yenicag.az-a istinadən xəbər verir ki, 10 və 11 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) 29 şəhər və rayonda orta ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan 22 min 748 şagird üçün buraxılış imtahanı keçirib.

Lakin bir sıra şagird və valideynlər builki buraxılış imtahanında haqsızlıqların olduğunu iddia edirlər. Hətta bəzi müəllimlər də imtahanların ədalətli keçirilmədiyi haqda fikirlərə qoşulublar.

Redaksiyya daxil olan məlumata görə, iyunun 10-da keçirilən buraxılış imtahanının sualları ilə 11 iyunda keçirilən imtahanın sualları çox fərqli olub. Belə ki, iyunun 10-da Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəbdə keçirilən buraxılış imtahanının sualları ötən gün Nərimanov rayonunda keçirilən imtahanın sualları ilə müqayisədə son dərəcə mürəkkəb olub.

Halbuki pandemiya dövrü ilə əlaqədar abituriyentlərə güzəşt tətbiq olunacağı bildirilsə də, bu gözləntilərin doğrulmaması ciddi narazılığa səbəb olub. Buna görə də, əksər abituriyent və valideynlər buraxılış imtahanlarının nəticələrinin ləğv olunmasını və imtahanların hər kəs üçün eyni formatda keçirilməsini tələb edirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar