Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Daha 4 icra başçısının işləri pisdir... - İDDİA

Tarix: 10-06-2020 06:29     Baxış: 3387 A- / A+
Daha 4 icra başçısının işləri pisdir...

Yeni məmur həbsləri gözlənilir və bu əsnada daha 4 rayon icra hakimiyyətində anoloji proseslər baş verə bilər.

Bu barədə məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, hadisələr yaxın günlərdə yenidən intensivləşəcək.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da rayon rəhbərləri arasında yeni həbslərin anonsunu verib.

S.Novruzov yerli mediaya müsahibəsində bildirib ki, hazırda rayonların icra hakimiyyətlərinin fəaliyyətinin yoxlanılması davam edir.

"Heç kim arxayınlaşmamalıdır. Bu proses çox çəkəcək. Məmurlar rüşvət almamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər",- deyə YAP rəsmisi vurğulayıb.

Xatırladaq ki, bu, Siyavuş Novruzovun ilk belə açıqlaması deyil. O əvvəllər bildirmişdi ki, mərkəzi icra hakimiyyətinin ən yüksək pillələrində məqsədyönlü şəkildə Prezident İlham Əliyevin siyasətinə qarşı çıxan insanlar var. Üstəlik, onların arasında bəzi nazirlər və dövlət komitələrinin rəhbərləri də yer alırlar.

Konkret olaraq 4 RİH başçısının işləri fırıxdır və məlum prosesin yeni dalğasının start düyməsi hər an basıla bilər.

Qeyd edək ki, hədəfdə olan icra başçılarının kimliyi redaksiyamıza məlumdur. Sadəcə müəyyən dəqiqləşdirmələrdən sonra adları açıqlamağa çalışacağıq. Bizi izləməkdə davam edin... mediatv.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar