Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sayt adminlərini gözləyən TƏHLÜKƏ: 12 ilədək həbs...

Tarix: 15-05-2020 07:00     Baxış: 3177 A- / A+
Sayt adminlərini gözləyən TƏHLÜKƏ:

Geniş yayılmış dələduzluq yollarından biri də saxta elan qoyaraq, insanları aldatmaq və beh tələb etməkdir. Belə faktlara ən çox avtomobil elanlarında rast gəlmək olur.

İnstaqramın ən aktiv avtomobil satışı səhifə adminlərindən olan Sərxan Qədirovun dediyinə görə, bu cür cinayət əməllərinə sosial şəbəkələrdə deyil, daha çox saytlarda rast gəlinir:

“Dələduzlar İnstaqram səhifələrdə paylaşılan maşınların şəkillərini götürüb daha ucuz qiymətə saytlarda paylaşırlar. Paylaşdıqları maşınların da rayonda olduğunu deyərək maşını satmamaq üçün beh istəyirlər. Onlara İnstaqram səhifələrində rast gəlməmişəm. Daha çox səhifələrdən elanları götürüb öz adları ilə saytlara yerləşdirirlər. Beləcə, ya beh istəyirlər, ya da hərrac olacağını deyib, hərraca qoşulmaq üçün pul istəyirlər. Saytlardakı maşınlara da bazar qiymətlərinin yarısı qədər qiymət qoyurlar. Məsələn, bazarda 15 min manata olan avtomobili, 6-7 min manata təklif edirlər. Belə olanda həmin sayt adminləri də aciz qalır. İndi də problem davam edir. Ancaq adminlərin bu problemə görə məsuliyyətə cəlb olunması barədə məlumat eşitməmişəm”.

Məsələnin hüquqi cəhətini “Müvəkkil” hüquq mərkəzinin rəhbəri Səməd Vəkilov şərh edib. O, bildirib ki, törədilən cinayət əməlinə görə elanın paylaşıldığı sayt rəhbərliyi də məsuliyyətə cəlb oluna bilər:
Sayt adminlərini gözləyən TƏHLÜKƏ:

“Burada söhbət insanların etibarından sui-istifadə edərək dələduzluq əməlindən gedir. Əgər beh də alıbsa, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən cinayət işi açılır. Ola bilər ki, dələduzlar dəfələrlə eyni saytda öz çirkin əməllərini həyata keçiriblər. Sayt admini də buna göz yumub. Bir neçə dəfə saxta elanın saytda yerləşməsinə göz yuman və sonradan boyun qaçıran admin də məsuliyyətə cəlb olunur. Həmçinin sayt admini də daxil olan məlumatları yoxlamalıdır. Bu da bir qrup şəxs tərəfindən ağırlaşdırıcı hal kimi dəyərləndirilir. Bu zaman cinayət əməlində iştirak edənləri 7 ildən 12 ilədək cəza gözləyir”. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar