Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Əbülfəz Qarayevdən gizli rüşvət-korrupsiya əməlləri həyata keçirmək mümkünsüzdür" - Partiya sədri

Tarix: 10-05-2020 18:30     Baxış: 3720 A- / A+
"Əbülfəz Qarayevdən gizli rüşvət-korrupsiya əməlləri həyata keçirmək mümkünsüzdür" - Partiya sədri
Elşad Musayev

"Yəqin ki, yaxın zamanlarda Əbülfəz Qarayev vəzifəsindən götürüləcək və onun barəsində də hüquqi tədbir görüləcək.
İndiki halda isə ən məntiqli addım Əbülfəz Qarayevin özünün istefa verməsi olardı. Özünə hörmət edən heç bir vəzifə sahibi belə vəziyyətdə vəzifədən yapışıb qala bilməz. Bu anormallıqdır."


Manevr.az xəbər verir ki, bunu mədəniyyət nazirliyində aparılan əməliyyata münasibət bildirirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev söyləyib. Partiya sədri fikirlərini belə davam etdirib:

"Qarayev 1994-cü ildən nazir kürsüsündə oturur. Rəhbərlik etdiyi nazirliklərin adları dəyişsə də onun nazir vəzifəsi dəyişməz olaraq qalıb. Hansı səbəbdənsə ona daim etimad göstərilib və yüksək görəvlər verilib. Amma adam işlədiyi heç bir sahədə uğur qazanmayıb. Son illər isə ümumiyyətlə səsi gəlmirdi.
Deməli başı daha "vacib" işlərə qarışıbmış. Onun yaxın ətrafının DTX tərəfindən həbs olunması, prezident tərəfindən həmin adamların vəzifədən çıxarılması bu sahədə ciddi maliyyə maxinasiyalarının, qanun pozuntuların mövcudluğundan xəbər verir. Həbs olunanlar Ə.Qarayevə çox yaxın adamlar olub və onların nazirlərindən gizli hansısa böyük rüşvət-korrupsiya əməlləri həyata keçirmələri sadəcə mümkünsüzdür.
Yəqin ki, yaxın zamanlarda Əbülfəz Qarayev vəzifəsindən götürüləcək və onun barəsində də hüquqi tədbir görüləcək.
İndiki halda isə ən məntiqli addım Əbülfəz Qarayevin özünün istefa verməsi olardı. Özünə hörmət edən heç bir vəzifə sahibi belə vəziyyətdə vəzifədən yapışıb qala bilməz. Bu anormallıqdır.

"Əbülfəz Qarayevdən gizli rüşvət-korrupsiya əməlləri həyata keçirmək mümkünsüzdür" - Partiya sədri
Əbülfəz Qarayev

Maraqlıdır ki, bu illər ərzində mətbuat susub, müvafiq dövlət orqanları da səslərini çıxartmayıb. Deməli, Əbülfəz Qarayev də toxunulmazlardan olub.
Biz bu ölkədə yüksək dövlət vəzifəsi tutub rüşvət-korrupsiya əməlləri ilə dövlətimizin təməl daşlarını çökdürən kimsənin ədalət mühakiməsindən kənarda qalmasını istəmirik. Hansısa bölgədən, kiminsə dostu, qohumu olmasından asılı olmayaraq.
Xəbər gəlir ki, müxtəlif vəzifə sahibləri son günlər xəstəlikləri səbəbindən xəstəxanalara üz tutub "müalicə" alırlar. Hər halda indiyədək özlərini toxunulmaz hesab edən İH başçılarında, digər vəzifə sahiblərində xofun, qorxunun olması yaxşı haldır.
Maraqlıdır, Qara maskalıların növbəti dayanacağı hansı "stansiya" olacaq..."- deyə, fikrini tamamlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar