Sizin Reklam Burada
Xəbər lenti
01 iyun
31 may
BÜTÜN XƏBƏRLƏR

"Karantin mayın 4-də bitməyəcək" — AÇIQLAMA

Tarix: 01-05-2020 11:17     Baxış: 4137 A- / A+
"Karantin mayın 4-də bitməyəcək" — AÇIQLAMA


Hesab edirəm ki, insanlar koronavirusla bağlı tətbiq edilən karantin rejiminin ləğv edilməsinə sevinmək əvəzəinə, özü-öz həkimi olmaq haqqında daha ciddi düşünməlidir. Aydındır ki, karantin rejimi mayın 4-də bitməyəcək, ola bilsin ki, karantinin şərtləri bir qədər yumşalacaq. Amma inanmıram ki, mayın 4-dən, məktəb, universitet və ya restoran kimi kütləvi insanların olduğu obyektlər açılacaq. Bunlar mərhələli formada açılacaq və bu mayın 4-5-də olmayacaq. Hazırda kiçik mağazalar açılıb, amma insanların daha çox müraciət etdiyi mollar bağlıdır. Hesab edirəm ki, bunlar düzgün addımdır. Mayın 4-dən sonra karantinin şərtləri yumşalacaq. Normal həyata dönüş isə aparılan testin nəticələri və statistik göstəricilərdən asılıdır.

Manevr.az-ın xəbərinə görə, bu fikirləri psixololoq Azad İsazadə mayın 4-dən sonra ləğv olunacaq karantin rejimi və Covid-19 pandemiyasının təhlükəsi mövzusunda danışarkən deyib. Mütəxəssis bildirib ki, hazırda virusla bağlı Azərbaycanda təhlükəli statistika yoxdur: "Amma hər şey ola bilər. Biz gördük ki, aprelin 27-də küçələrə çıxmaq müddəti 1 saat uzadıldı. Hələ karantin rejimi tam başa çatmayıb, amma küçələrə insanlar çoxdur. Bir az yumşalma buna dərhal təsir etdi. Məncə, yoluxma sayında azalma müşahidə olunduqca karantin rejiminin şərtlərində yumşalma olacaq. Ancaq mayın əvvəlində həyatın tam bərpa olunacağı, insanların kütləvi şəkildə bir araya gəlməsi kimi hallar olmayacaq. Belə düşünüb sevinən insanlar varsa, fikirlərini dərhal dəyişməli və hətta hər şeyiin normal axarında getməsi halında özünü qorumaq haqda düşünməlidir”. Psixoloq əlavə edib ki, Azərbaycan Covid-19-un ilk dağasının təhlükəsini keçirə bilib: "Hökumət müəyyən qabaqlayıcı tədbirlər həyata keçirdi, karantin rejimi tətbiq edildi və s. Nəticədə biz birinci dalğanın təhlükəsindən xilas ola bildik. Amma bu o demək deyil ki, ikinci dalğa ola bilməz. Əgər mayın 4-dən sonra hamı küçəyə çıxacaqsa, insanlar kütləvi şəkildə bir yerlərə toplaşacaqlarsa, deməli pandemiyanın ikinci dalğası baş verəcək. Bunu insanlarımız bilməli və indiyə qədər yoluxmama üçün verilən məsləhətlərə bundan sonra da əməl etməlidir. Biz ikinci dalğaya hazır olmalıyıq. Bunun üçün mayın 4-dən sona da bir sıra ənənəvi vərdişlərimizdən birdəfəlik imtina etməliyik. Məsələn, yaxın 2-3 ayda əllə görüşməyi minimum azaltmalıyıq. Küçədə göüşüb-öpüşmək birmənalı aradan qalxmalıdır. İctimai nəqliyyatda və mağazalarda qoruyucu maskada gəzmək məsləhət görürəm. Həmçinin əl-üzümüzü daima yumaq prosedunu da davam etdirməliyik. Bir sözlə, may gəldi, təhlükə sovuşdu məsələsi yoxdur. İndiyə qədər diqqətli olduğumuz kimi bundan sonra da olmaqda davam etməliyik. Mən insanları işi olmadıqca şəhərə gəzməyə, küçələrə çıxmamağa da dəvət edirəm”./pravda.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar