Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

FTB GİZLİ SƏNƏDİ YAYDI - BİOLOJİ SİLAH QALMAQALI BÖYÜYÜR - ÇİNLİ ALİM ABŞ-a ŞÜŞƏ QABDA NİYƏ VİRUS DAŞIYIRMIŞ?

Tarix: 01-04-2020 22:10     Baxış: 3223 A- / A+
FTB GİZLİ SƏNƏDİ YAYDI - BİOLOJİ SİLAH QALMAQALI BÖYÜYÜR

Koronavirus yayıldığı ilk ərəfələrdə bunun bioloji silah olub, olmadığı geniş müzkirə mövzusu olmuşdu. Həmin vaxt virusun ilk olaraq heyvanlardan insana keçdiyi, alimlərin də məhz bu səpkidə araşdırma apardıqları vurğulansa da, sonradan gələn bir məlumat diqqəti yenidən bioloji silah məsələsinə çevirdi. Belə ki, Vuhan yaxınlığında bir labaratoriyada süni şəkildə virus yaradıldığı və ehtiyatsızlıq üzündən isə onun əhali arasında yayılması baş verdiyi vurğulanırdı. Lakin Çin tərəfi heç bir vəchlə bu virusun labaratoriyada hazırlanmadığını bəyan etdi. Amma son iki gündə ortaya çıxan faktlar Pekinin bütün dünyanı aldatdığını, yalan məlumatlar verdiyini, habelə koronavirusun biroloji bir silah ola biləcəyi şübhələrini daha da artırmağa başlayıb.

FTB-nin sənədi ortalığı qarşıdırdı

ABŞ-ın əsas kəşfiyyat orqanı Federal Təhqiqat Bürosu (FTB) koronavirusla bağlı gizli sənədlərdən birini yayımlayıb.

Manevr.az JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, sənəd 2018-ci ilə aiddir və doğruluğu təsdiqlənərsə, Çinin dünyaya böyük bir yalan danışdığı üzə çıxmış olacaq.

Belə ki, FTB əməkdaşları gömrükçülərlə birlikdə 2018-ci ildə, Çində koronavirusun yayılmasından düz 12 ay əvvəl çinli alimi hava limanında saxlayıblar. Əşyalarını yoxlayan zaman xüsusi şüşə qablar müəyyənləşdirilərək, götürülüb. Məlum olub ki, həmin şüşə qablarda SARS və MERS viruslarının nümunələri var. “Aparılan araşdırmalar zamanı məlum oldu ki, ələ keçirilən kiçik dərman şüşələrində MERS VƏ SARS viruslarının yayılmasına səbəb ola biləcək maddələr var”.
Bundan başqa, həmin ampullarda ölümxül qida zəhərlənməsinə yol açan böcəyindən alınmış “E COLİ” maddəsi də aşkarlanıb.

“Yahoo News” tərəfindən yayınlanmış sənəddə deyilir: “Kütləvi Qırğın Silahları İdarəsi, şəxsi əşya olunan daşınan, habelə yük yerində sənədsiz olaraq aparılan bioloji materialları ABŞ-a gətirən şəxsləri biotəhlükəsizlik riskli şəxslər olaraq qəbul edir”.

Qeyd edək ki, FTB bununla bağlı açıqlama verməkdən və yaxalanmış Çin aliminin kimliyi barədə açıqlama verməkdən imtina edib.

Çinin ikinci yalanı

Bildirək ki, Çinin koronavirusla bağlı ikinci yalanı da üzə çıxıb. Pekin hökuməti indiyə qədər heç də koronovirusa yoluxmuş şəxslərin statistikasını düz aparmayıb. Əksinə, bəzi xəstələri çıxdaş edərək, onları bu xəstəlikdən ölmədiyini qeydə alıb.

Məlumatda deyilir ki, koronavirusun əsas əlamətlərindən biri də "asemptomatik" olmasıdır. “Asemptomatik” nə anlam daşıyır? Bildirək ki, symptom-heç bir əlamət olmadan, səssiz şəkildə müşahidə edilən subklinik xəstəlikdir. Subklinik, normalda əlamətləri az olan və ya heç simptomlarını göstərməyən xəstəliklərdə istifadə olunur.
Çin tərəfi etiraf edib ki, koronavirusda da eyni əlamətlə üzə çıxıb və bununla bağlı hazırda 1541 nəfər xüsusi nəzarət altına alınıb. Elə bu səbəbdəndir ki, virusun öskürək, qızdırma, ağ ciyər iltihablanması və tənəffüs çatışmazığı kimi əlamətlərini göstərməyən halların ilk dəfə olaraq dilə gətirilməsi alimlərdə Çinin xəstəliklə bağlı rəqəmləri aşağı göstərməsi şübhələrinə yol açıb.

Qeyd edək ki, virusun yayıldğı ölkələrdə koronavirusa yoluxanların olub olmadığını xüsusi testlərlə müəyyən etmək olur. Çin isə dünənə qədər asemptomatik halları kənara qoyaraq, yalnız xəstəliyin əlamətləri olanları siyahıya alıb. Həkimlərin rəyinə görə, asemptomatik halların müşahidə edildiyi xəstələr potensial virus yayıcılarıdır. Eyni zamanda, onlarda xəstəlik özünü 14 günlük müddətdə göstərməyə başlayır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar