Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Polisdən orijinal addım: Oğlunun kiçik toyuna kimsəsiz uşaqları dəvət etdi

Tarix: 29-01-2020 15:21     Baxış: 3196 A- / A+
Polisdən orijinal addım: Oğlunun kiçik toyuna kimsəsiz uşaqları dəvət etdi


Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Tural Sofuyev nümunəvi addım atıb.

Manevr.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Qeyd edilib ki, DİN əməkdaşı yanvarın 19-da 1 yaşlı oğlu Məhəmmədə kiçik toy edib.

Polis leytenantı toya “Ümid evi” körpələr evində məskunlaşmış 4 azyaşlını - Mərhəmət, Hacı, Novruz və Yusifi dəvət edib.

Balaca qonaqlara da öz oğlu ilə birlikdə toy qiyafəsi geyindirib və bəylik kürsüsünə əyləşdirib.

Körpələr evinin sakinlərini öz övladlarından fərqləndirməyən leytenant və mərasimin digər qonaqları uşaqları rəqsə dəvət edib, diqqət, qayğı göstəriblər.

Polis əməkdaşı həmin kimsəsiz körpələrin də sünnət xərclərini öz üzərinə götürüb. Onlar bu həftənin cümə axşamı günü “Topçubaşov” adına xəstəxanada sünnət əməliyyatı ediləcəklər.

Qeyd edək ki, Tural Sofuyevin bir qızı, bir oğlu var.\redaktor.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar