Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident Baş Nazirin istefa ərizəsini qəbul etməyib

Tarix: 18-01-2020 05:47     Baxış: 3235 A- / A+
Prezident Baş Nazirin istefa ərizəsini qəbul etməyib

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Baş Naziri Aleksey Qonçarukun istefa ərizəsi ilə bağlı müraciətinə cavab olaraq, ona və hökumətə daha bir şans verməyə hazır olduğunu deyib.

Manevr.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Zelenski bu barədə Qonçaruku qəbul edərkən bildirib.

“Bu gün sizdən istefa məktubu aldım. Bilirsiniz, sizə və sizin hökumətinizə daha bir şans vermək qərarına gəldim”, - deyə Prezident qeyd edib.

Zelenski kabinetdə dəyişikliklərin ola biləcəyini də istisna etməyib: “Sizin onlara təklif etdiyiniz bu və ya digər maaş müqabilində işləyə bilməyən nazirlərdən hansısa biri ilə vidalaşmaq bizim üçün, yəqin ki, çətin olacaq. Onlarla vidalaşmaq çətin olsa belə, vidalaşmalı olacağıq”.

Ukrayna Prezidenti parlamentə təqdim etmək üçün Baş Nazirdən fevralın 4-dək görüləcək işlər barədə hesabat hazırlamağı da tapşırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar