Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Təsirsiz dərmanlarla bağlı nazirlikdən AÇIQLAMA

Tarix: 19-12-2016 09:11     Baxış: 5493 A- / A+
Təsirsiz dərmanlarla bağlı nazirlikdən


Səhiyyə Nazirliyi ölkədə satılan dərmanların keyfiyyətinin əvvəlki illərlə müqayisədə aşağı, müalicə üçün təsirsiz olması, bütün bunların isə sifarişçi şirkətlərin istəyi ilə Azərbaycana gətirilən dərmanların əsas təsiredici maddəsinin miqdarının azaldılması ilə bağlı olması barədə səslənən iddialara münasibət bildirib.


Manevr.az-ın Trend-ə istinadən xəbərinə görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov dərmanların müalicəvi təsirinin bir çox amillərdən asılı olduğunu bildirib.

Onun sözlərinə görə, hər hansı bir dərmanın effektli və ya effektsiz olması klinik tədqiqatlar nəticəsində müəyyən edilir: "Dərmanların təsirli olması hallarının ¼-i insanın psixoloji halından, yəni müalicəyə, müalicə həkiminə inamından, müalicə rejiminə nə dərəcədə əməl etməsindən, həyat tərzindən asılıdır. Ümumiyyətlə, demək olar ki, dərman vasitələri plasebodan 1,3 dəfə daha çox müalicəvi təsir göstərir. Bu faktorlara cins, yaş, irq və genetik faktorlar da aiddir. Genetik faktorlar çox böyük rol oynayır. Hətta artıq dünyada farmakogenetik faktorların araşdırılmasına başlanılıb. Yəni genetik faktorlardan asılı olaraq, dərmanların effektivliyi fərdi xarakter daşıyır. Bəzi millətlər və irqlər üçün effektli olan dərmanlar başqa bir irq və millət üçün effektsiz ola bilər. Hər bir dərman preparatının effektivliyi həm də dozanın düzgün seçilməsindən asılıdır".

M.Süleymanov qeyd edib ki, bu aşağı effektin "Azərbaycana gətirilən dərmanlardakı tərkiblərin miqdarının azaldılması" ilə əlaqədar olması fikri ilə razılaşmaq olmaz. Çünki ölkəyə gətirilən hər bir preparatın standart dozası olur ki, bu da dünya üzrə qəbulediləndir.

Mərkəz direktoru bildirib ki, doza yüksək və ya aşağı ola bilər. Bu isə dərmanın qutusunda və istifadə üçün təlimatda açıq qeyd edilir: “Hər bir xəstə üçün doza həkim tərəfindən fərdi seçilir. Dərmanların təsirsiz olması fikri fərdi bir fikirdir. Təbii ki, 10 000 istifadə olunmuş dərmandan 100-ü təsirsiz ola bilir. Bu faizlərin hesablanması üçün həkimlərimiz və pasiyentlər mərkəzimizə dərmanın effektsiz olması barədə məlumat verə bilərlər. Bu halda elmi əsaslı tədqiqatlar aparılar və dərmanın həqiqətən effektsizliyi sübut olunduqda həmin dərman ləğv edilə bilər. Təbii ki, yalnız saxta və ya qeydiyyatsız dərmanlarda bu deyilənlər - təsiredici maddənin miqdarının dərmanın qutusu üzərində və istifadə üçün təlimatda normal göstərildiyi, lakin tərkibdə faktiki olaraq az olması fikri doğru ola bilər”.

Beynəlxalq standartlara (İSO 17025) cavab verən laboratoriyalarında miqdari təyinatların aparıldığını deyən M.Süleymanov əlavə edib ki, qeydiyyatdan keçmiş bütün dərman vasitələrinin tərkibindəki təsiredici maddənin miqdarları tələblərə uyğundur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar