Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin məhşur müğənnisi Fatih Kısaparmak Elçibəy haqda nələr dedi? - VİDEO

Tarix: 14-11-2019 19:10     Baxış: 4497 A- / A+
Türkiyənin məhşur müğənnisi Fatih Kısaparmak Elçibəy haqda nələr dedi? - VİDEO


Manevr.az xəbər verir ki, Türkiyənin məhşur müğənnisi Fatih Kısaparmak Asasmedya.info-nun qonağı oldu.
Fatih Kısaparmak Məmmədəmin Rəsulzadədən Elçibəyə, musiqiyə, Azərbaycanın Qarabağ probleminə dair bir çox mətləblərə toxundu. Azərbaycanın siyasi liderlərini yaxşı tanıdığını söyləyən Fatih Kısaparmak ilk öncə Rəsulzadəni yad etdi:

"Əvvala bildirim ki, Məmmədəmin Rəsulzadə və Əbülfəz Elçibəy sadəcə azərbaycanlıların deyil, Anadolu türklərinin də liderləridir. Mən onları yaxşı tanıyıram. Onlar haqqında yazılmış çolu ədəbiyyat oxumuşam. Türk dünyası projesi yaradanın projesidir. Yaradılanların bəzən, onları anlamaması dünya görüşü ilə bağlıdır. Elçibəy də yaxın 40 il ərzində bu projenin reallaşacağına inanan liderlərdəndi, bunu mənə özü demişdi. Rəhmətlik prezidentimiz Ankarada müalicə alırdı. O zaman Cəbəcidə xəstəxananın çox yaxşı qorunan bir mərtəbəsi ona ayrılmışdı. Təhlülkəsizliyə çox fikir verilirdi. Elçibəyin mənimlə görüşmək istədiyini söylədiklərində İstanbuldan Ankaraya getdim. Xəstəxana palatasında onunla qucaqlaşdıq, xəstəliyinin çox ağır olduğu üzündən sezilirdi. Ancaq Elçibəyin dik duran xəstəliyə meydan oxuyan duruşu vardı. Elçibəy əvvəla çox yaxşı bir insan idi, kişi idi. Məncə siyasətçi olmaması lazım idi. Əlbəttə, yaxşı dövlət adamı idi, fəqət siyasətçi deyildi. Elçibəy xarakterinə görə düzgün insan idi, siyasət adamı deyildi. Həqiqəti hayqırırdı. Siyasətçidən daha çox filosof idi. Hətta mən həyatımda ilk dəfə musiqi, türk musiqisinin harmoniyası mövzusunda texniki məlumatlara sahib olan prezident görürdüm, çox təəccüblənmişdim. Sanki musiqişünasla danışırdım. Məndən bir sıra istəkləri oldu. Türk dünyasının ortaq məxrəclərindən olan milli kimlik sayılan musiqilərlə bağlı bir missiyanı həyata keçirməyimi istədi. Elçibəy əvəzsiz mübarizə insanı idi. Məndən bir də "Asiya” mahnısını oxumağımı istədi. Mahnının hekayəsini bilirdi və bu məni çox kövrəltmişdi. Bir gün Bakıda Azadlıq meydanında bərabər səhnəyə çıxaraq "Asiya” və "Kilim” mahnılarını bərabər oxuyarıq demişdi amma qismət olmadı. (Burda Fatih bəyin gözü dolur) Görüşümüzdən qısa bir müddət sonra rəhmətə getdi. Onun istəkləri mənim üçün mənəvi nəsihət oldu.”

Köklərinin Azərbaycan coğrafiyasına bağlı olduğunu söyləyən F. Kısaparmak daha sonra ailəsindən bəhs etdi:

"Mən Elazığda anadan olmuşam. Rəhmətlik anamın ulu nənəsi orada Qubalı Fəridə xanım kimi tanınır. Hamımız oralardan gəldik (Azərbaycandan). Birimiz 150, birimiz 50, birimiz 8 il öncə gəldik hələ yenə də gələcəklər.”

Qarabağ müharibəsi haqda danışan F. Kısaparmak problemin süni şəkildə yaradıldığını bildirdi:

"Bizim bir olmağımızın zəruriyyəti burada meydana çıxır. Problemin Qarabağ torpaqlarında yaradılması da Türkiyə və Azərbaycan türklərini ayırmaq üçün idi.”

Söhbətimizin sonunda Asasmedya.info ailəsi olaraq ziyarəti üçün təşəkkür etdiyimizdə Fatih Kısaparmak bizə dedi ki, "Siz məni Elçibəyin salamı və adı ilə dəvət etdiniz. Onun salamı ilə mənə gələnin mən ayağına gedərəm”.


Türkiyənin məhşur müğənnisi Fatih Kısaparmak Elçibəy haqda nələr dedi? - VİDEO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar