Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni dərs ilinə 6 milyon dərslik çap edildi

Tarix: 01-08-2016 20:39     Baxış: 2487 A- / A+
Yeni dərs ilinə 6 milyon dərslik çap edildi

Manevr.az

Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən Qaynarinfo.Az-a verilən xəbərə görə, əmrin məqsədi dövlət ümumi təhsil müəssisələrinin I, II, III, IV, V, VII, IX sinifləri üçün yeni çap olunan 261 adda 6 623 135 nüsxə dərslik və müəllim üçün metodik vəsaitlərin istifadəçilərə çatdırılmasının, eləcə də I-XI sinif şagirdlərinin bütün dərsliklərlə təminatının səmərəli təşkilini və bu sahədə nizam-intizamı təmin etməkdir.

Əmrə əsasən, Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən 5 avqust tarixədək təhvil verilən dərslik və müəllim üçün metodik vəsaitlərin Təhsil Nazirliyinin bölgüsü əsasında Naxçıvan MR Təhsil Nazirliyinə, bütün şəhər (rayon) təhsil idarələrinə (şöbələrinə), nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinə avqustun 15-dək çatdırılmasını təmin etməlidir.

Naxçıvan MR Təhsil Nazirliyinə və bütün şəhər təhsil idarələrinə tapşırılıb ki, Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən yerlərə çatdırılmış dərslik və müəllim üçün metodik vəsaitlərin təhvil-təslim məsələlərinin operativ həllini, uçotunu və təhsil müəssisələri üzrə bölgüsünün hazırlanmasını, qəbul edilmiş dərslik və müəllim üçün metodik vəsaitlərin alındığı tarixdən 10 təqvim günü müddətində yerli təhsil müəssisələrinə çatdırılmasını, ümumtəhsil müəssisələrində dərslik və müəllim üçün metodik vəsaitlərin kitabxana fonduna daxil edilməsini və idarə olunmasını həyata keçirilməsini, 1 sentyabr tarixinədək dərsliklərin şagirdlərə çatdırılmasını, ümumtəhsil müəssisələrində yarana biləcək dərslik və müəllim üçün metodik vəsaitlərin çatışmazlığını digər yerli təhsil müəssisələri hesabına ödənilməsini, bununla bağlı sənədləşmə işlərini, yerli ümumtəhsil müəssisələrində dərslik və müəllim üçün metodik vəsaitlərin təminatı ilə bağlı yekun vəziyyəti və əsaslandırılmış əlavə tələbatı əks etdirən müraciəti 5 sentyabr tarixinədək derslik@edu.gov.az elektron ünvanına göndərilməsini təmin etsinlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar