Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

85 yaşlı kəlbəcərli ağsaqqalın döyüş harayı- PREZİDENTƏ VİDEOMÜRACİƏT

Tarix: 22-09-2019 13:50     Baxış: 3934 A- / A+
85 yaşlı kəlbəcərli ağsaqqalın döyüş harayı- PREZİDENTƏ VİDEOMÜRACİƏTƏslən Kəlbəcərdən olan keçmiş döyüşçü Ramiz Abışovun atası, 85 yaşlı Abdullah Məhəmməd oğlu Abışov dövlət başçısına çağırış edib.

Manevr.az bildirir ki, doğma yurd-yuvasız yaşamağın mümkün olmadığını, erməni daşnaklarının torpaqlarımıza sahib çıxmalarına dözə bilmədiyini vurğulayan 85 yaşlı Abdullah Məhəmməd oğlu Abışov ölkə başçısına və ordu generallarına döyüş əmri üçün müraciət edib. Kəlbəcərli ağsaqqal çağırışında bildirib ki, niyə əsgərimiz, ordumuz olduğu halda, biz erməninin əlində girinc qalmalı, 30 ilə yaxın məcburi köçkün kimi yaşamalıyıq. Yurd həsrətlisi sonra sözlərinə belə davam edib:
“Mən dövlətimizdən tələb edirəm, xahiş edirəm şərait yaratsın əsgərlərimiz döyüşə getsin. Mənim evimdə döyüşən 6-8 nəvəm var. Başda Ramiz olmaqla istəyirəm onlar döyüşə getsin. Dağlarda ermənilərin nəfəsini kəsən, Salatını(Şəhid jurnalist Salatın Əsgərova) öldürən rusları tutub komandanlığa təhvil verən Ramiz, mənim evimdədi və döyüşə hazırdı.
Ermənilər “İstisu” kimi sərvətimizi öz adlarına çıxıb dünyaya tanıdırlar, “Bal festivalı” keçirib vətəndaşlarına paylayır və görün biz nələr etmişik deyirlər. Mən xahiş edirəm, yalvarıram icazə verin əsgərlərimiz hücuma keçsin, torpaqlarımızı azad edək, gedib torpağımızda ölək”
Müraciətinə baxılmasa aclıq aksiyası keçirəcəyini bildirən A.Abışov, eyni zamanda Kəlbəcər, Laçın və Qubadlı ağsaqqallarına da çağırış edib. O ağsaqqalları birgə müraciətə səsləyib.

Manevr.az sözügedən videomüraciəti təqdim edir:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar