Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Sevinc Osmanqızı atasının adına xələl gətirir" - Ayaz Mütəllibov

Tarix: 12-08-2019 14:18     Baxış: 4490 A- / A+
"Sevinc Osmanqızı atasının adına xələl gətirir"


"Onun bu gün təbliğ etdiyi siyasi qüvvələr vaxtilə atası Osman Mirzəyevin təmsil olunduğu iqtidara qarşı çıxıblar"

"Əgər Sevinc Osmanqızının atası rəhmətlik Osman Mirzəyev bu gün sağ olsaydı, qızının hərəkətlərinə əsla haqq qazandırmazdı, onu dəstəkləməzdi".

Manevr.az xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Azərbaycanın sabiq Prezidenti Ayaz Mütəllibov bildirib.

A.Mütəllibov Sevinc Osmanqızını siyasi oyunlara qoşulduğuna görə qınayıb:

"Rəhmətlik Osman Mirzəyev çox alicənab və Vətənini sevən insan idi. O, çox ehtiyyatlı adam olub. Mən onu hər zaman yaxşı şəxsiyyət kimi qəbul etmişəm. Bu gün də belə qəbul edirəm. Ona görə də inanmıram ki, bu gün mərhum Osman Mirzəyev sağ olsaydı, qızının hərəkətlərinə əsla dəstək verməzdi. Əksinə, onu bu yoldan çəkindirməyə çalışardı. Bilmirəm ki, bu onun şəxsi incikliyinin və yaxud nəyinsə nəticəsidir. Amma Sevinc Osmanqızı bu cür hərəkətləri ilə atasının adına xələl gətirir. Bunu belə düşünmək olar. Zənnimcə, onun siyasi söhbətlərə qoşulması düzgün deyil".

"Sevinc Osmanqızı atasının adına xələl gətirir"


Sabiq Prezident qeyd edib ki, indi Sevinc Osmanqızının təbliğ etdiyi siyasi qüvvələr vaxtilə mərhum Osman Mirzəyevin təmsil olunduğu iqtidara qarşı çıxmış şəxslər olublar:

"Rəhmətlik Osman Mirzəyev mənim komandamın sadiq üzvlərindən biri olub. Mən onun təcrübəsinə hər zaman yüksək qiymət vermişəm. Əminəm ki, rəhmətlik Osman Mirzəyev bu gün yaşasaydı, yenə dəyişməyəcəkdi. Rəhmətlik yerini bilən və Azərbaycanın müstəqilliyi uğrunda çalışan ziyalı insan idi. Bu cür şəxslər isə adətən iqtidaryönümlü olurlar. Osman Mirzəyev Prezident Administrasiyasında da işləyib. Əgər iqtidarı istəməsəydi, Prezident Administrasiyasında işləməzdi. Mən Sevinc Osmanqızına Azərbaycana münasibətdə ehtiyyatlı olmağı tövsiyə edirəm. Çünki Azərbaycana qarşı olan xarici qüvvələr fəaliyyətdədir. Xoşagəlməz hadisələr baş verir. Hər bir azərbaycanlı, o cümlədən Sevinc Osmanqızı yaxşı-yaxşı düşünməlidir, ehtiyyatlı olmalıdır, onun hərəkətləri Azərbaycana ziyan vura bilər. Şübhəsiz ki, bu cür adamlardan istifadə etməyə çalışan qüvvələr də var. Onlara alət olmamalıdır".

Xəbəri paylaş







Müəllif: Niyaz
Tarix: 12 avqust 2019 15:06
Ayaz Mütəllibov düzgün məsləhət verib.
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar