Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün" - AQİL ABBAS

Tarix: 23-07-2019 20:09     Baxış: 4196 A- / A+
"Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün" - AQİL ABBAS


Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 26 il ötür. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib.

Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb. Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində 160 min nəfər əhalidən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

Manevr.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas Ağcabədidə dünyaya gəlsə də, özünü ağdamlı hesab edir. 10 yaşında Ağdamda yaşayan A.Abbas azvision.az -a bildirib ki, orada sonuncu dəfə 21 iyul 1993-cü ildə olub.

"Evimizə getmişdik. Ağdamda qızğın müharibə gedirdi, atam da orda idi. Atam Ağdamın Şıxbabalı kəndində işləyirdi. İyulun 21-də Bakıya qayıtdım. Sonra eşitdim ki, Ağdam işğal olunub. Atam Ağdamın işğal olunduğunu bilməyib. Ona əsir düşməməsi üçün silah vermişdim. Demişdim ki, əsir düşəcəksə, özünü öldürsün. Lakin atamı oradan çıxarmışdılar”.

Deputat Ağdam barədə xatirələrinin olmadığını söyləyib: "Həmişə dediyim bir söz var: mənim Ağdamla bağlı heç bir xatirəm yoxdur. Ona görə ki, ölən adamlar haqqında xatirələr olur. Ağdam ölməyib ki, onun haqqında xatirəm olsun. Ağdam yaşayır, ola bilsin ki, bizlər ölmüşük. Ağdamda hazırda heç nə qalmayıb, hər şey dağıdılıb. Heç nə olmaz, binalar tikilər, hər şey bərpa olunar. Amma ağdamlılığı yenidən qurmaq, o insanları qaytarmaq çətin olacaq. Bir gün ağdamlılar ora qayıdacaqlar. Buna hər kəsi inandırıram. Mən də Ağdama gedəcəyəm və hamını qonaq çağıracağam”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar