Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

HƏBSXANADA NÖVBƏTİ VƏHŞİLİK – Azərbaycanlı məhbusa da işgəncə verilib - VİDEO

Tarix: 17-07-2019 15:55     Baxış: 41 127 A- / A+
HƏBSXANADA NÖVBƏTİ VƏHŞİLİK – Azərbaycanlı məhbusa da işgəncə verilib - VİDEO


Rusiya mətbuatında həbsxana gözətçilərinin məhbuslara qarşı törətdikləri qanunsuzluqları, işgəncələri əks etdirən kadrlar yayımlanıb.
Həmin kadrlarda işgəncəyə məruz qaldığı aşkar görünən iki məhbusdan biri azərbaycanlıdır.

Belə ki, məhbuslara qarşı "profilaktik tədbirlərlə” bağlı rəhbərliyə məruzə edən həbsxana işçisi onlardan birinin Abdullayev Coşqun Əhmədiyyə oğlu olduğunu deyir. Bildirir ki, C.Abdullayevin üzərində bir ədəd üzqırxan aşkarlanıb. Kadrlardan o da görünür ki, C.Abdullayev həbsxana işçilərinin hücumuna məruz qalarkən özünə xəsarətlər yetirməyə çalışır. Daha sonra onu yerlə sürüyərək, döyürlər.

Qeyd olunur ki, bu kadrlar həbsxana işçisinin üzərindəki kamera vasitəsilə qeydə alınıb. Həmin görüntülərin məhbuslara qarşı işgəncələri əks etdirən hissələri pozulsa da, sonradan ekspertlər onları bərpa edə biliblər.

Bu görüntülər Rusiyada ciddi əks-səda doğurub və hüquq müdafiə təşkilatlarının müdaxiləsindən sonra həbsxana işçilərinə qarşı cinayət işi açılıb. Qeyd edək ki, hadisə Yaroslavl şəhərindəki 1 nömrəli həbsxanada hələ 2016-cı ildə baş versə də, onun görüntüləri yeni üzə çıxıb və bundan dərhal sonra baş verənlərlə bağlı cinayət işi açılıb.

Kadrlarda göstərilir ki, C.Abdullayev 3 il yarım müddətinə azadlıqdan məhrum edilib. Onun artıq neçə müddət həbsxanada olduğu isə bildirilmir. Bunları nəzərə alsaq, güman etmək olar ki, həmin şəxs artıq azadlıqdadır.(azpolitikainfo)

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar