Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan ordusu Zakir Həsənova atəş açmaq istəyib? - NAZİRLİYİN CAVABI

Tarix: 23-05-2019 18:35     Baxış: 3277 A- / A+
Ermənistan ordusu Zakir Həsənova atəş açmaq istəyib?

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün mayın 23-də Yerevanda jurnalistlər qarşısında Azərbaycanın müdafiə naziri Zakir Həsənova atəş açıldığı haqda iddia irəli sürüb.

Jurnalistlər Qriqoryandan Azərbaycan ordusunun mayın 20-də başlamış təlimlərinin ikinci günü Ermənistana göndərilmiş “Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...” mesajı barədə soruşublar.

Qriqoryan isə deyib ki, belə mesajlara baxmayaraq Azərbaycanın müdafiə naziri bu günlərdə təmas xəttində olarkən Ermənistan silahlı qüvvələrinin “müşahidəsi altına düşüb” və tələsik təmas xəttini tərk edib.

Bu bəyanatla bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən aşağıdakı açıqlamanı veriblər:

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərsəm və axmaq açıqlaması gülüş doğurur və onun hərbi işlərdə necə diletant olduğunu göstərir. Azərbaycanın həm işğal altında olan əraziləri, həm Ermənistanın bütün ərazisi tamamilə və bütünlükdə Azərbaycan ordusunun bölmələrinin müşahidəsi altındadır”.

Xatırladaq ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən gün təlimlər çərçivəsində təmas xəttindəki mövqelərə baş çəkib. Hərbçilərə göstəriş verib ki, düşmənin istənilən təxribatının qarşısını bütün növ silahlardan istifadə olunmaqla dərhal və qətiyyətlə alsınlar. virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar