Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib -FOTOLAR

Tarix: 28-11-2016 17:16     Baxış: 2586 A- / A+
Sumqayıtda “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə keçirilən sərgidə ləzgi, talış, rus, belarus xalqlarının nümayəndələri öz məişət əşyalarını, zəngin mətbəxlərini və əl işlərini nümayiş etdiriblər.


Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini Teymur Səmədov və Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov tədbirə qatılaraq sərgi ilə yaxından tanış olublar.

Sumqayıt İH başçısının müavini Teymur Səmədov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edib. O, qeyd edib ki, multkultural dəyərlərə hörmət Azərbaycan xalqının canında, qanındadır. Sumqayıtda son bir ildə görülən tikinti və abadlıq işlərinə diqqət çəkən Teymur Səmədov bildirib ki, bütün bu görülən işlər milliyyətindən asılı olmayaraq hər bir Sumqayıt sakininin rahatlığı, asudə vaxtının səmərəli təşkili üçündür. “Biz sumqayıtlı olmağımızla fəxr etməliyik” deyən natiq tədbir iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.

Daha sonra Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edib. O, bildirib ki, multkulturalizm, bir çox fərqli mədəniyyətin bir arada yaşaması deməkdir. Bu günkü tədbirdə biz bunun bariz nümunəsini gördük. Sumqayıt Dövlət Rəsm Qalereyasının bir çox tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran idarə rəisi belə tədbirlərin şəhər sakinləri arasında mədəniyyət sahəsinə marağın artmasına səbəb olduğunu vurğulayıb.

Sonda Sumqayıt Dövlət Rəsm Qareyasının direktoru Ellada Həsənova qonaqlara tədbirdə iştiraklarına görə təşəkkür edib.

Tədbirdə “Dostluq” mədəniyyət evinin “Şahinlər” və C.Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs kollektivlərinin çıxışı, Şəhər Mədəniyyət evinin “Veteran” xalq xorunun gənc müğənni Kamil Ağazadə ilə dueti, eləcə də Moskvada keçirilən Birinci Beynəlxalq Musiqi Festivalının II yer qalibi, “Suvar” xalq kollektivinin solisti Cəmilə Zalovanın, yetirmələri Alisa Məhsimova və Günay Vəlixanovanın ifasında ləzgi mahnıları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sumqayıtda “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib
Sumqayıtda “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib
Sumqayıtda “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib
Sumqayıtda “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib
Sumqayıtda “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib
Sumqayıtda “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib
Sumqayıtda “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar