Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Girovlarımızın müdafiəsinə beynəlxalq səviyyədə tanınan hüquqşünas cəlb edilir

Tarix: 26-11-2016 08:40     Baxış: 2497 A- / A+
Girovlarımızın müdafiəsinə beynəlxalq səviyyədə tanınan hüquqşünas cəlb edilir


Sabiq deputat Əlövsət Ağalarov: “Müdafiə Komitəsinin gücü, imkanı nəyə çatsa, o səviyyədə hərəkət edəcək”

2014-cü ilin iyulunda valideynlərinin məzarını ziyarət üçün erməni işğalındakı Kəlbəcər rayonuna gedən və orada erməni hərbçiləri tərəfindən girov götürülən, hələ də girov saxlanılan kəlbəcərlilər - Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsi onların azad olunması işinə dəstək məqsədilə bir sıra addımlar atmağa başlayıb. Bu məqsədlə Müdafiə Komitəsinin İşçi Qrupu yaradılıb.

Müdafiə Komitəsinin sədri, sabiq deputat Əlövsət Ağalarovun verdiyi məlumata görə, səfirliklərə, BMT-nin İnsan Haqları Komitəsinin Azərbaycandakı Ali Komissarlığına, Cənab Prezidentə müraciət göndərmək qərarı verilib: “Bizim məqsədimiz bu məsələdə dövlətə kömək etmək, işlərini asanlaşdırmaqdır. Ziyalıların, deputatların, ictimaiyyətin hər bir fərdinin fəaliyyətindən hiss olunsun ki, bu millət, xalq Dilqəm Əsgərovu, Şahbaz Quliyevi unutmur və azad olunmaları üçün çalışmaları dayandırmaq niyyətində deyil. Təbii ki, hər iki soydaşımızın məsələsi ağrılı, çətin, dalana dirənmiş bir məsələdir, ancaq ümidsiz deyilik. Bu məsələ ilə bağlı həftədə 2 dəfə toplaşmağı planlaşdırırıq. Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, orda yaşayan azərbaycanlılarla əlaqə saxlayırıq, onların da fəal olmasını istəyirik. Qoy Ermənistanın Rusiyadakı səfirliyi qarşısında Rusiyanın dövlət qurumlarına müraciət etsinlər ki, Dilqəm Azərbaycan vətəndaşı deyil, Rusiya vətəndaşıdır, Şahbazın da həyat yoldaşı Rusiya vətəndaşıdır. Bu işdə Rusiyanın çox böyük rolu ola bilər. 30-a yaxın müraciət hazırlamışıq, müraciətlərdən 10-nu dünən göndərdik. Yerdə qalanları da hazırlayıb göndərəcəyik. Müvafiq görüşlərimiz keçirilir və keçiriləcək. Dilqəmlə Şahbazın məsələsinin canlandırılması üçün mütəmadi görüşlər keçirməyi planlaşdırırıq, görək kim bizi qəbul edəcək”.

Girovlarımızın müdafiəsinə beynəlxalq səviyyədə tanınan hüquqşünas cəlb edilir


Əlövsət Ağalarovun sözlərinə görə, girovların müdafiəsi üçün beynəlxalq səviyyədə tanınan hüquqşünaslara da müraciət ediblər: “Bir neçə gün ərzində məşhur ukraynalı hüquqşünas, professor Aleksandr Merejkonu aradım. Merejko mənim dostumdur, dünyada tanınmış hüquqşünasdır, beynəlxalq hüquq sahəsində böyük hörməti olan hüquqşünasdır. Dilqəm və Şahbazın məsələsi ilə bağlı köməyinə ehtiyacımız var. Çünki Aleksandr həm Kiyev, həm də Polşanın Krakov universitetlərinin professorudur. Azərbaycanın böyük dostudur. Tapdım və köməyinə ehtiyacımızın olduğunu deyəndə dərhal razılaşdı. Avropa hüquqşünaslarını da bu məsələyə cəlb edəcəyinə söz verdi. Hazırlaşırdım Kiyevə getməyə, dedi ki, mən Bakıya gəlirəm, Bakı Dövlət Universitetində müdafiə şurasının iclasına dəvətliyəm. Gələn kimi, Müdafiə Komitəsinin yığıncağını keçirib hörmətli professorla görüş keçirəcəyik. Məsləhətləşmələrimiz olacaq. İstəyirik ki, beynəlxalq qurumlarla o işləsin. Çünki Merejko beynəlxalq hüquqşünasdır, dünyada tanınır. Biz boynumuza götürməmişik ki, Dilqəm və Şahbazı azad etmək missiyamızdır. Bizim gücümüz, imkanımız nəyə çatsa o səviyyədə hərəkət edəcəyik”.

Etibar SEYİDAĞA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar