Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş ReAL üzvü: "İlqar Məmmədov İlham Əliyevi dəstəkləsin" - QALMAQAL

Tarix: 19-04-2019 20:56     Baxış: 4216 A- / A+
Keçmiş ReAL üzvü: "İlqar Məmmədov İlham Əliyevi dəstəkləsin" - QALMAQAL


ReAl Partiyasının sabiq üzvü, tarixçi alim Altay Göyüşov müxalifəti tənqid edib.

A.Göyüşov sosial şəbəkədəki hesabında yazıb ki, Ümid Partiyasının sədri İqbal Ağazadə 2013-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevi dəstəkləyib, indi də Milli Şuranın sədri Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə birgə müxalifətin tədbirində bir yerdə oturublar.

O, 2013-cü ildə Milli Şuradan istefa verən Eldar Namazov barəsində isə deyib ki, E.Namazov 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevi dəstəkləyib: "ReAl Partiyasının sədri İlqar Məmmədov da həbsdən çıxandan sonra Eldar Namazovla görüşüb, şəkil paylaşıb, məsləhətləşmələr aparıb. Məncə, elə siz də İlham Əliyevi dəstəkləyin, məsələ bitsin”.

İlqar Məmmədov isə bu çağırışı qəbul etmədiyini bildirib.

Cəmil Həsənli A.Göyüşovun dediklərində haqlı olduğunu qeyd edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə A.Göyüşovun mövqeyi ilə razılaşmayıb: "Böyük yanlışlığa yol vermisiniz. Şəxsimlə bağlı iradınız varsa, məni sevmirsinizsə, hörmət etmirsinizsə sizə deyəcək nəsə sözüm yoxdur. Buna borclu deyilsiniz. Lakin yolumla bağlı yalan və böhtanlara cavab verməyə, doğru olub-olmamasını sizinlə dartışmağa hazıram. İstəsəniz açıq dioloq edək və sosial şəbəkədəki dostlar da iştirak etsin. Mən addımlarıma və siyasi kursuma cavab vermək və arxasında dayanmaq iqtidarındayam”. (report)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar