Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Girov Şahbaz Quliyevin yeni videosu ailəsinə göstərilib -ŞƏKİL

Tarix: 10-04-2019 19:16     Baxış: 2328 A- / A+
  Girov Şahbaz Quliyevin yeni videosu ailəsinə göstərilib

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin video-görüntüləri ailəsinə təqdim olunub.

Bu barədə girovun qardaşı İlham Quliyev məlumat verib. Bildirib ki, Şahbazın yeni görüntüləri onlara 15 gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən göstərilib.

“Şahbazın videosunu görəndən bəri özümüzə gələ bilmirik. Biz istəyirik ki, xalqımız onun nə vəziyyətdə saxlanıldığını görsün, halına acısın. Videoya baxanda ürəyimiz qan ağladı. Qardaşım yaman günə qalıb. Təsəvvür edin, eynəksiz heç nə görmür. Şahbaz elə bir haldadır ki, bunu sözlə təsəvvür etmək mümkün deyil. Videoda bizi salamlayır, daha sonra övladı, ailəsi ilə maraqlanır. Təxminən iki dəqiqəlik video idi", - deyə girovun qardaşı vurğulayıb.

Onun sözlərinə görə, Şahbazın durumu heç də yaxşı deyil: "Biz Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrindən xahiş etdik ki, görüntünü insanlar arasında yaymaq, dövlətimizə göstərmək üçün bizə versinlər. Ancaq dedilər ki, bu yalnız ailəsinə göstərmək üçün təqdim edilən görüntüdür. Buna görə arada mübahisə düşdü. Qardaşımın belə görüntüsünü gətirməkdənsə, heç gətirməsinlər”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. azvision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar