Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidenti kim öldürdü? -tarixin ən böyük qətli

Tarix: 23-11-2016 08:34     Baxış: 5407 A- / A+
Prezidenti kim öldürdü?

ABŞ-ın 1963-cü il 22 noyabr tarixində qətlə yetirilən prezidenti Con Kennedi ilə bağlı müəmmalar hələ də davam edir.

Axar.az “Layf.ru”ya istinadən xəbər verir ki, Kennedi 22 noyabr 1963-cü ildə snayper atəş ilə öldürülüb. Prezidentin həlak olması bütün Amerikanı silkələyib. Belə ki, Kennedi daim xalqla ünsiyyətdə olur, hər bir vətəndaşın problemi ilə maraqlanır, ölkə iqtisadiyyatının dirçəlməsinə birbaşa töhfə verirdi.

Bu qətl yalnız XX əsrin deyil, bütün tarixi dövrlərin ən əhəmiyyətli olayı hesab edilir. Onun qətlini sifariş verən şəxsin adı hələ də müəmmalı olaraq qalır.

Kennedi qətlə yetirildiyi gün Dallas hava limanından məxfi xidmətin agentlərinin müşayiəti ilə avtomobillə xalq tərəfindən çoşqu ilə qarşılandı. Kitabxanalardan birinin önünə yaxınlaşan kimi isə snayperdən atılan güllələrdən biri Kennedinin kürəyinə, biri isə başına dəydi. Üçüncü güllə isə Texas qubernatorunun çiyninə tuş gəldi. Dərhal xəstəxanaya qaldırılan Kennedi yarım saat sonra orada öldü. Bundan sonra vitse-prezident Lindon Conson prezident təyyarəsində and içərək ABŞ-ın yeni prezidenti oldu.

Bu günə qədər onun ölümü ilə bağlı mübahisələr səngimir.

Kim Kennedinin qətlini təşkil etdi?— Xarvi Osvald? MKİ? Vitse-prezident Conson? Hərbçilər? Mason? İllüminatlar? Komitə 300? Gizli dünya hökuməti? Osvald tək atıcı idimi və ya kimsə ona kömək edirdimi? Əgər Osvald qətli törədən idisə, niyə o, saxlanılmadan öldürüldü? Xarvi Osvald kitabxananın əməkdaşı idi, hansı ki, onun olduğu yerdə prezidentə atəş açılmışdı və qətldən dərhal sonra o, şübhəli şəxs kimi polis tərəfindən ictimaiyyətə açıqlanmışdı. Osvald isə qətldə günahkar olduğunu təkzib edirdi. Və bundan dərhal sonra o, canlı yayımda silahdan açılan atəşlə öldürüldü. Onu öldürən isə gecə klubunun sahibi Cek adlı şəxs idi. O isə Osvaldı qətlə yetirməsinin səbəbini belə izah edirdi: "İstəmirdim ki, prezidentin xanımı məhkəmədə xoşagəlməz emosiyalar yaşasın və mən onu bundan xilas etdim".

Qeyd edək ki, Xarvi Osvald qətldən öncə hərbi dəniz qüvvələrində xidmət etdikdən dərhal sonra SSRİ-yə Böyük Britaniya və Skandinaviya vasitəsilə səfər etmişdi. Hətta yerli hökumət tərəfindən ona vətəndaşlıq verilməsi də təklif edilirdi. Daha sonra o, Minskə göndərildi. Gələcək Belarus Respublikasının ilk prezidenti Stanislav Şuşkeviç onun kuratoru olub. Minskdə Osvald belaruslu qızla evləndi, daha sonra Belarus həyatı onun üçün darıxdırıcı keçdiyi üçün ABŞ-a qayıtdı. Dallasa yerləşən Osvald tezliklə Kuba böhranının da şahidi oldu. O, Kastro rejimini dəstəkləyənlərdən biri idi.

Bir müddət sonra Osvald Meksikaya səfər etdi və orada sovet səfirliyindən sığınacaq istədi. Osvald FTB tərəfindən də izlənilir, daim təqib edilirdi. O, həmçinin Kuba vizasını almağa çalışırdı, ancaq nəticədə ona rədd cavab verildi. FTB onun arvadının sovet agenti olmasından şübhələndiyi üçün daim məlumatlar toplayırdı…

Osvald daim yalnız olduğu üçün onun təkbaşına qətli törətdiyi də müəmmalı olaraq qalır. Eks-prezidentin qətlinin təfərrüatını araşdıran ekspertlər hesab edirlər ki, əsl qatilin üzə çıxmasının qarşısını almaq üçün bir çox faktlar gizlədildi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar