Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Eldar Həsənovun öz borcunu yerinə yetirib, səfir kimi Prezidentə etdiklərini heç kim etməyib”

Tarix: 20-11-2016 09:39     Baxış: 12 265 A- / A+
"Eldar Həsənov dönəmində Eldar Mahmudov bu gün hamının bildiyi qanunsuzluqları edə bilməzdi"
“Eldar Həsənovun öz borcunu yerinə yetirib, səfir kimi Prezidentə etdiklərini heç kim etməyib”
"Bu yazımın mübahisələr, haqqımda çoxlu sayda dedi-qodu yaradacağını bilirəm. Bununla belə vətəndaş borcumu yerinə yetirməyi vacib sayıram. Dünyada baş verən hadisələr, ölkədəki iqtisadi böhran hamıdan, o cümlədən hakimiyyət təmsilçilərindən maksimum ehtiyatlı olmağı, bütün ictimai, siyasi qüvvələr və tanınmış şəxslərin birliyinə nail olmağı, barış yaratmağı tələb edir. Bu gün bunu dərk etməyənlər yalnız öz ambisiyasının əsiri olanlardır."

Bu fikirləri Aslan İsmayılov öz "facebook" səhifəsində qeyd edib. Manevr.az tanınmış vəkilin toxunduğu məqamların oxucuda maraq doğuracağını nəzərə alıb təqdim edir:

"Təxminən bir ay bundan əvvəl gah vitse prezidentin kim olacağını açıqlayan, gah prezident seçkiləri müəyyən edən təyinatlı deputat Qüdrət Həsənquliyevin tanınmış alim, professor, iş adamı İlham Rəhimov haqqında təhqir dolu yazısına arqumentli, xoş niyyətli cavab vermişdim. Əvəzində Q.Həsənquliyev öz səviyyəsində olanlar vasitəsi ilə haqqımda ağılasığılmaz təhqirlər, böhtanlar dolu məqalələr yazdırdı. Bu barədə gələn yazımda daha ətraflı yazacam. Dünən isə keçmiş Baş Prokuror Eldar Həsənov haqqında “Haqqın.az” saytında eyni tipli qərəzli yazı gördüm. “Haqqın.az” saytına bu etirazımı bir çoxlarının Eynulla Fətullayevə qarşı çağırışlara qoşulmam kimi qəbul edilməsini istəmirəm. Heç vaxt kimlərinsə əleyhinə aparılan kampaniyalara qoşulmaq fikrim olmayıb və qoşulmamışam. Yadınızdadırsa “Ziyalılar Forumu” Eynulla Fətullayevin qanunsuz həbsinə görə Azərbaycan Respublikası Prezidentinə müraciət hazırlayanda əleyhinə çıxış edən yeganə şəxs olmuşdum. Buna görə də bu gün onun əleyhinə kampaniya aparanlar hamısı bütün mətbuatda bunu hakimiyyətin göstərişi, mənim isə o sifarişi yerinə yetirən şəxs olduğum haqqımda olmazın təhqirlərini yazdılar.

Haqqımda küçə söyüşlərinə səbəb olan yazımda da ermənilər ilə bizim fərqimizi göstərmişdim. Görünür ki, bir daha təkrarlamağa ehtiyac var. Ermənilər xaricdə yaşayan, işləyən, bir balaca nüfuzu olan vətəndaşları, yerliləri haqqında nəinki layiq olduqları, çox hallarda şişirdilmiş təriflər dolu yazılar yazdırırlar ki, gələcəkdə onların imkanlarından ölkələri üçün istifadə etsinlər. Hətta Kim Kardaşyan kimi təzadlı nüfuzu olan birini Baş Nazir səviyyəsində qəbul edirlər. Bunun göstəricisi də ermənilərin xaricdə bütün məsələlərdə, xüsusilə Qarabağ məsələsində bizə qalib gəlmələridir. Biz isə xaricdə bir balaca nüfuzu olan şəxsi ya Azərbaycana gətirib çıxdaş edirik, ya da onların haqqında şər, böhtan məlumatları yaymaqla Vətəndən küsdürürük. Eldar Həsənovu Baş Prokuror olan vaxtından tanıyıram, bu gün onun əleyhinə danışanlardan fərqli olaraq, imkanım olsa da, heç vaxt onun imkanlarından yararlanmamışam. Gördüyüm isə odur ki, bu şəxs ən azından Rumıniyada səfir işlədiyi vaxtlar orada olan tələbələrə həmişə xüsusi qayğı göstərmiş, Azərbaycanı layiqincə təmsil etmişdir. Onun Rumıniyada səfir kimi olan nüfuzu nəinki digər səfirlərdən, hətta Xarici İşlər Nazirindən də yüksək olub. Bu yazının Prezident Administrasiyasından qaynaqlandığına şübhəm yoxdur. Ancaq bir şeyi anlaya bilmirəm, əgər onların fikri dövlətçilik maraqlarını kənara qoyuram şəxsən Prezidentə yarınmaqdırsa, edilən məntiqə sığmır, çünki Eldar Həsənovun öz borcunu yerinə yetirib, səfir kimi Prezidentə etdiklərini heç kim etməyib. Bütün Avropa Prezidentə qarşı təbliğat maşınını işə salanda, Avropa oyunlarına qarşı çıxanda məhz E.Həsənovun fəaliyyəti nəticəsində Rumıniyanın Azərbaycan Prezidentinə göstərdiyi dəstəyi heç kim göstərmədi. Məntiq isə onu deyir ki, İlham Rəhimova, Eldar Həsənova və digər tanınmış şəxslərə qarşı aparılan təbliğat birbaşa Prezidentə qarşı olmasa da, dolayısı ilə ona qarşıdır. “Haqqın.az” saytı keçmiş Milli Təhlükəsizlik naziri Namiq Abbasovu da Eldar Həsənovla bir yerdə az qala düşmən kimi qələmə verməyə çalışır. Bu absurdla necə insanları inandırmaq olar?! Axı öz fəaliyyəti ilə ən az qanun pozuntusuna yol verən MTN-nin Namiq Abbasovdan sonra təyin olunmuş Eldar Mahmudov dönəmində nələr etdiyini bu gün hamı mətbuatdan oxuyur. Elə Eldar Həsənov dönəmindəki prokurorluqla Zakir Qaralov dönəmindəki prokurorluğu da müqayisə etmək olmaz. Söhbəti heç də fərdi müqayisə zəmininə gətirmirəm. Ən azından peşakar hüquqşünas kimi bildiyim odur ki, Eldar Həsənov dönəmində Eldar Mahmudov MTN-ə bu gün hamının bildiyi qanunsuzluqları edə bilməzdi. Yazının başlığına çıxarılmış “Eldar Həsənovun PKK ilə əlaqələri araşdırılır” fikri isə heç bir əndazəyə sığmır. Ən azından biz də Azərbaycanda yaşayırıq və nəyin, necə, kimin kim olduğunu az çox bilirik. Deyiləsi, yazılası çox şey var. Mən hələ hansı oyunların getdiyini bilmədiyimdən o barədə yazmaq istəmirəm.

Sonda dediyim odur ki, cənablar, ayılın, reallığı görün və bilin, ölkə uçurumun bir addımlığındadır. İndi kürsü davası, intriqabazlıq, oyunbazlıq vaxtı deyil. Hamılıqla birləşib düşdüyümüz vəziyyətdən çıxmalıyıq. Yoxsa həqiqətən ərəb ölkələrində yaşanan günləri yaşayacağıq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar