Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısı dəm qazından ölüb? - Köməkçisi DANIŞDI

Tarix: 28-02-2019 11:28     Baxış: 3285 A- / A+
İcra başçısı dəm qazından ölüb? - Köməkçisi DANIŞDI

Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ilkin olaraq ürək tutmasından öldüyü bildirilsə də, Bakı Şəhər Prokurorluğu onun vəfat etməsi faktı ilə bağlı cinayət işi başlandığını açıqlayıb.

Manevr.az bildirir ki, Bakı Şəhər Prokurorluğundan modern.az-a verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Müvafiq ekspertiza təyin olunub. Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyri-rəsmi məlumatlarda və sosial şəbəkələrdə yayılan xəbərlərdə icra başçısının dəm qazından öldüyü bildirilsə də, bu versiya hələ ki araşdırılır.

Mərhum icra başçısının köməkçisi Yavər Aslanov Modern.az-a növbəti açıqlamasında ekspertizanın rəyini gözlədiklərini bildirib:

"Biz də rəsmi məlumatlarda deyilənləri bilirik. Nəticələr ekspertizadan sonra bilinəcək. Buna qədər olan söhbətlər isə sadəcə ehtimal və şayiədir".

Y.Aslanov qeyd edib ki, hazırda Naftalan rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müavin, Şəhər təsrrüfatı şöbəsinin müdiri Arzu Məmmədov icra edir.

Qeyd edək ki, yaşadığı evdə meyiti aşkarlanan R.İbrahimovun ürək tutmasından vəfat etdiyi bildirilirdi.

R.İbrahimov Azərbaycan Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdi. Yeni Azərbaycan Partiyasının üzvü idi. Ailəli idi, 2 övladı var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar