Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident Sumqayıt sakinləri ilə görüşdü

Tarix: 18-02-2019 18:00     Baxış: 2241 A- / A+
Prezident Sumqayıt sakinləri ilə görüşdü

Azərbaycan Respublikasının Prezident İlham Əliyev fevralın 18-də Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olub.

Dənizkənarı bulvarda Sumqayıt sakinləri dövlətimizin başçısına yaxınlaşaraq söhbət ediblər.

Sakinlər: Xoş gəlmisiniz bizim Sumqayıta. Siz bizim prezidentlər içərisində seçilən Prezidentimizsiniz. Biz sizinlə fəxr edirik. Allah Sizə cansağlığı versin, bizə bu gözəl şəraiti Siz yaratmısınız.

Prezident İlham Əliyev: Xoş gördük, çox sağ olun, necəsiniz?

Sakin: Hörmətli Prezidentimiz, Sizin bu gəlişiniz Sumqayıt üçün, bizim üçün toy-bayramdır. Bunun iki böyük amili, bir nəticəsi var. O amilin biri odur ki, hörmətli Prezidentimiz, Ali Baş Komandanımız xalqın arasındadır. İkinci böyük amil ondan ibarətdir ki, ölkəmizin bütün əhalisi, bütün sakinləri Prezidentimizin tərəfindədir. Bunun nəticəsi nədir? Nəticə odur ki, xalqla Prezidentin böyük monolit birliyi var. Bəzən elə olur ki, öz ayaqqabısının ölçüsü qədər bir iş görə bilməyənlər bu qədər gözəlliyə, bu qədər inkişafa ağız büzürlər. Amma onlar bu monolit birliyin qabağında dura bilməzlər, qəti dura bilməzlər.

Sakin: Allah Sizi qorusun, cənab Prezident, xahiş edirik, bizim salamlarımızı analar anası, xanımlar xanımı Mehriban xanıma çatdırasınız.
Prezident İlham Əliyev: Mütləq çatdıraram.

Sakin: Möhtərəm Prezidentimiz cənab İlham Əliyev, Siz gündən-günə gözəlləşən, abadlaşan, qocaldıqca cavanlaşan Sumqayıt şəhərinə çox xoş gəlmisiniz.
Cənab Prezidentimiz, mən 50 ildir Sumqayıtda yaşayıram, 85 yaşım var. Mən buraların dünənini yaxşı görmüşəm, qamışlıq, çirkab, şoran çöllər. Buraya heç kim gəlmək istəmirdi, amma bu gün gələn getmək istəmir.

Sakin: Nəinki gələn, biz buradan gözəl ev almışıq, gözəl ev tikdirmisiniz. Çox gözəl, yüksək səviyyədə.

Sakin: Mənim ağlıma gəlməzdi ki, Sizin möcüzə adlandırdığınız Sumqayıt bulvarında mən nəvələrimlə, tay-tuşlarımla gəzim. Allah Sizi var eləsin. Bu yaşımda Sumqayıt bulvarında gəzməyimlə fəxr edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Bir şəhid anası kimi, leytenant anası kimi Sizə çox-çox təşəkkür edirəm ki, bütün şəhid ailələrinə yardım etdiniz, kömək etdiniz. Onların başının üstündə həmişə bir ata, oğul, qardaş kimi olasınız.

Prezident İlham Əliyev: Həmişə elə də olacaq. Əmin ola bilərsiniz.

Sakin: Mən zabitəm, Qarabağ döyüşlərində iştirak etmişəm, qaziyəm. Əvvəla, Sizə "Xoş gəlmisiniz!” deyirik, Allah Sizi qorusun. Siz Azərbaycanın başının tacı olan şəhidlərin ailələrini qəbul etdiniz, o duyğulu anları biz indi də yaşayırıq. Bir daha sübut etdiniz ki, həmin yaşlı şəhid ailələrinin bir oğlusunuz, bu gün həddi-buluğa çatan şəhid övladlarına bir böyük qardaşsınız. Allah Sizdən razı olsun. Mən Sizi inandırıram ki, Azərbaycanın hər bir övladı o ərazilərin azad olunmasına canla-başla hazırdır. Vətəni uğrunda canından keçməyə, əlindən gələni etməyə hazırdır. Azərbaycan əsgəri 2016-cı ildə bunu bir daha sübut etdi. Biz hər zaman Sizin ətrafınızdayıq və İnşallah, "İrəli!” əmrinizi gözləyirik.

Sakin: Sumqayıt idmançıları Sizə həmişə dəstək olub və həmişə də dəstək olacaqlar.

Sakin: Bulvarın salınması, bu evlərin tikilməsi üçün böyük minnətdarlığımı bildirirəm. Sizin səyiniz, göstərişləriniz nəticəsində belə gözəl bulvar yaradılıb, evlər tikilib. Çox sağ olun, Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Sizi bir tələbə kimi salamlayıram, bizim Sumqayıtımıza xoş gəlmisiniz. Tələbələrin təqaüdünü artırdığınıza görə Sizə çox təşəkkür edirəm. Tələbələr adından Sizdən bir xahişim də var. Sumqayıt Dövlət Universitetinin, şəhərdəki kolleclərin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və bizim tələbələrin orada yerləşdirilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik.

Prezident İlham Əliyev: Biz bu məsələni də həll edəcəyik. Bu il bu məsələ həll olunmalıdır. Bilirsiniz ki, keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq. Həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar