Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan prezidentindən Qarabağla bağlı ŞOK SÖZLƏR: "Çox təhlükəli olacaq"

Tarix: 15-02-2019 20:31     Baxış: 2551 A- / A+
Ermənistan prezidentindən Qarabağla bağlı ŞOK SÖZLƏR: "Çox təhlükəli olacaq"

"Mənim üçün münaqişənin sülh yolu ilə həllindən başqa bir yol yoxdur".
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib.

Almaniyanın Heydelberq Universitetinin tələbələri qarşısında çıxış edən Sarkisyan onlarla Qarabağ münaqişəsinin həllinə dair öz fikirlərini bölüşüb.

"Hər kəs üçün sülhdən başqa hər hansı digər bir seçim tamamilə dağıdıcı olacaq. Burada nə qədər güclü olduğunuz, silahlanmaya nə qədər pul sərf etdiyiniz və ya ordunuzun nə qədər böyük olmasının əhəmiyyəti yoxdur. Dağlıq Qarabağda dondurulmuş münaqişə hələ həll olunmayıb. Əgər bu böhran düzgün idarə olunmasa, çox təhlükəli olacaq", - prezident deyib.

Onun sözlərinə görə, sözügedən ərazi Azərbaycan, Gürcüstan, Rusiya, Suriya, İran və Türkiyə sivilizasiyalarının kəsişməsidir. Sarkisyan bildirib ki, münaqişəyə hər hansı kənar təsir böyük zərər verə bilər. Buna görə də yalnız bir yol var: münaqişənin sülh yolu ilə həll edilməsi. Ermənistan prezidenti münaqişə ilə bağlı yekun qərarın sağlam düşüncə əsasında veriləcəyini və Dağlıq Qarabağda yaşayan xalqların hüquqları nəzərə alınaraq münaqişənin həll olunmasına ümid etdiyini dilə gətirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar